27 May 2020, Çərşənbə
“Signify” şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin rəhbərləri arasında videokonfrans keçirilib

Mayın 22-də “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin təşəbbüsü…

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və…

CISCO şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin rəhbərləri arasında videokonfrans keçirilib YENİLƏNƏCƏK

Mayın 15-də CISCO şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə…

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin ikinci sessiyası keçirilmişdir

Mayın 23-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası…

“İxrac ili”nə mühüm töhfə  “Badamlı” Mineral Sular Zavodu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası zəngin mineral su ehtiyatlarına malikdir. Bu gün muxtar…

Davamlı inkişaf, yüksək rifah, təhlükəsiz həyat  Şərur rayonunun Muğancıq-Mehrab, Muğancıq-Müslüm və Məmmədsabir kəndlərində  kompleks quruculuq işləri aparılıb

Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının…

Culfa şəhərinin Heydər Əliyev prospekti yenidən qurulub

Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Biz müstəqillik şəraitində həyatımızın bütün…

Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sistemi  və Rabitə Evi istifadəyə verilib

{gallery}2020/05/15/ali/rabite{/gallery}   Muxtar respublikada informasiya-kommunikasiya sisteminin təkmilləşdirilməsi və yeni texnologiyaların…

Naxçıvanda pandemiya ilə mübarizə sahəsində görülən işlər müzakirə olunub   Səhiyyə müəssisələrinə yeni tibbi avadanlıqlar təqdim edilib

Mayın 14-də Naxçıvan Muxtar Respublikasında pandemiya ilə mübarizə sahəsində görülən işlərlə…

Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən tədbirlər sırasında heyvandarlığın…

Naxçıvan şəhərində Sahil Parkı istifadəyə verilib

Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Heydər Əliyev siyasəti yaşamalıdır. Bu,…

Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü qeyd olunub

Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil…

Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks Ltd.


İCTİMAİ-SİYASİ




Xalq şairi Məmməd Araz (1933-2004) XX əsr Azərbaycan şeirinin yeni inkişaf yolunu müəyyənləşdirən və onun zənginləşməsinə xidmət edən qüdrətli söz ustalarından biridir. Qırx ildən artıq bir mərhələdə özünün qeyri-adi sənətkarlıq qüdrəti, fövqəl poetik qələmi ilə Azərbaycan poeziyasının mövzu cəhətdən zənginləşməsi və poetexnikasının əlvanlaşmasına xidmət etmişdir. Milli mündəricəli ustad sənətkar çoxşaxəli və zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında istiqlal düşüncəsi və milli birliyin təbliğinə böyük cəsarət göstərmişdir.

Milli söykökə, mental dəyərlərə, adət-ənənələrə, xalq həyatı, düşüncəsi və yaşayış tərzinə yüksək sədaqətlə bağlı olan Xalq şairinin yaradıcılığı Azərbaycan ictimai fikri və ədəbiyyatında milli düşüncənin dərinləşməsinə təkan vermişdir. Azərbaycan xalqının milli müqəddəratı və tarixi taleyi, vətən məhəbbəti və mübarizlik onun yaradıcılığı üçün başlıca mövzu təşkil etmişdir. Məmməd Araz yaradıcılığına dərin məhəbbət bəsləyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu görkəmli sənətkarın yaradıcılığını böyük ustalıqla səciyyələndirə və yüksək dəyərləndirərək demişdir: Öz əsərləri ilə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Arazın poeziyasını Azərbaycan torpağından, tariximizdən, el-obadan ayrı təsəvvür etmək çətindir”. Onun poeziyası vətəndaşlıq lirikası kimi səciyyələndirilir. Vətən mövzusu onun zəngin poeziyasının ali mövqeyini təşkil edir. Milli ədəbiyyatımızda vətəndaşlıq konsepsiyasının poetik təzahürünü də məhz bu görkəmli söz ustadı yaratmışdır.

Vətən sərhədləri “ürəyinin kandarından” başlayan görkəmli Xalq şairi Məmməd Arazın öz və söz dünyasında onun doğulub boya-başa çatdığı ulu Naxçıvan torpağı həmişə mühüm yer tutub. Bu vətənpərvər Xalq şairi doğulduğu, boy atıb böyüdüyü Naxçıvanı öz yaradıcılığında təkcə vəsf etmir, həm də baxışı, istedadı və dünyasının qibləsi, qibləgahı hesab edib:

 Sinəmdə o yerin dağ havasıdır,

Qaynar bulaqları qaynar qanımda.

Mənim ürəyimin bir parçasıdır,

Doğma Şahbuzum da, Naxçıvanım da.

 

Mən burdan baxıram bütün aləmə,

Bu yerin qışı da yazımdır mənim.

Axan çaylarına lal sudur demə,

Onlar min nəğməli sazımdır mənim.

Şair vətəni Azərbaycanın əsrarəngiz bir guşəsi, dilbər bir yurdu, alınmaz qalası olan Naxçıvanı özünün təbiəti, özünəməxsus havası, iqlimi, qədim tarixi, zəngin mənəvi dəyərləri ilə şəxsiyyətinin nüvəsi, istedadının və dünyagörüşünün təməli hesab edir. Şair doğulub boya-başa çatdığı Naxçıvanı özünəməxsus poetik dil və ustalıqla öyür, təbiətini vəsf edir:

 Bir bağban əli var təbiətində -

Dağda çiçəyi bol, bağda barı bol.

O, yaxın dostudur təbiətin də,

Yayda günəşi bol, qışda qarı bol.

Şair bu qədim yurdun tarixini də vəsf etməyi unutmur, onun insanlığın ən qədim yaşayış, mədəniyyət yurdu olmasını da əks etdirir:

Seyr elə Arazı bir yaz səhəri,

Bir tarix dil açır onun səsində.

Bu yerin min dərdi, min də kədəri,

Yazılmış Atabəy məqbərəsində.

 

Yaxşı bax, hər qara qayanın, dağın,

Dibi Zərdüştlərin ocaq yeridir.

O gündən üstündə ana torpağın

Qalan min yağının ləpirləridir.

Şair öz mövcudiyyətini uğurla davam etdirib günü-gündən inkişaf edən, al-əlvan, çırağban bir diyara çevrilən Naxçıvanın şəninə nəğmə qoşur, onun bügünkü gözəlliyindən və şöhrətindən vüqarla, fəxarətlə bəhs edir:

Biz nöqtə qoymuşuq acıya, dərdə,

Ömrü ulduzlardan almışıq indi.

Babamız qəm əkib, qəm biçən yerdə

Çiçəkli bağ-bağat salmışıq indi.

 

...Şəhərim çırağban, kəndim çırağban,

Kəhkəşan sinəmdən nur alsın deyir.

Onun gecəsinin işıqlarından

O tayın gündüzü işıq istəyir.

Hətta şair bu inkişaf və qüdrətdən boy atan ümid üfiqlərində o tayı – Cənubi Azərbaycanı da unutmur. Öz çil-çıraq işıqları ilə yanıb-şölələnən Naxçıvanın işıqlarından qaranlığa bürünmüş Cənubi Azərbaycanın da işıqlanmasını, bəxtinin, güzəranının ağarmasını istəyir.

Bu sonsuz məhəbbətlə şairin söz dünyasında bir də uşaqlığını, ilk gəncliyini yaşadığı, qocalığında həsrətinə, xatirələrinə büründüyü Naxçıvan dünyasını yaradır və adını da belə qoyur – “Naxçıvan albomu”. Bu “albom”da Naxçıvan sazı-sözü ilə, təbiəti, dağı, dərəsi ilə, gündüzləri, gecələrilə, bu günü, keçmişi, şanlı tarixi, mədəniyyətilə bir-bir açılır, səhifələnir. 2010-cu ildə şairin ömür-gün yoldaşı Gülxanım Fətəliqızının nəşrə hazırladığı və çap etdirdiyi “Naxçıvan albomu” (Bakı, “Elm və təhsil”, 2010, 216 s.) kitabının ilk səhifələrində də haqlı olaraq yazılır: “Ana yurdun hər daşına üz qoymağı arzulayan və bu arzu ilə Azərbaycan dünyasından dünyaya baxan şair “Qarabağ simfoniyası”, “Yer üzünün Qarabağ düzü”, “Masallının baharı”, “Kür qovuşur Səlyana”, “Torpaqda göyərən ucalıq” kimi gözəl əsərlərini yaratdı. Şirvan, Muğan, Mil düzlərini qarış-qarış gəzib onların “sevinci ilə sevindi”, “qəmi ilə qəmləndi”. Göz açıb ilk dəfə dünyaya baxan bu körpənin nəzərində ata ocağı Naxçıvan böyüyür, böyüyür – böyük Azərbaycan olur. Lakin ata ocağından cismən ayrılsa da, mənən ayrılmır. Və “Naxçıvan albomu” kimi qiymətli bir əsər yazılır. Bəli, Naxçıvan albomu”.

Ümumiyyətlə, böyük ustad dərindən də dərin həssaslıqla sevdiyi, bağlandığı bu ulu torpağı nəinki heç zaman unutmamış, onu söz zirvəsinə qaldırmış, sözün qanadlarında onu tərənnüm etdiyi boyalarla, əlvanlıq və zənginliklərlə, hərtərəfli göz oxşayan gözəlliklərilə gələcəyə daşıyır. “Naxçıvan albomu”, “Bura Naxçıvandır”, “Kəndim, balacasan, çox balacasan”, “Məmməd Araz qayası”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Arpaçay nəğməsi”, “Bacım Gülsümə məktub”, “Nənəmin kitabı”, “Atamın kitabı”, “Mənim Naxçıvanım” (ssenari), “Arpaçayın aşıb-daşan nəğməsi”, “Naxçıvan, “Şərq qapısı” qəzeti redaksiyasına” və bir çox əsərlərində dəfələrlə dönüb Naxçıvana baxaraq qəlbində xatirələrlə oyalanmış, sanki bir məhəbbət dastanı – “Məmməd Araz və Naxçıvan” dastanı yaratmışdır. Janrca müxtəlif olan bu əsərlərin hər birində eyni bir yanğı, alovlu bir məhəbbət var. Bəzilərində giley, bəzilərində nigarançılıq, bəzilərində həsrət, bəzilərində isə məhəbbət, ümid, vəsf, xatirə var.  “Kəndim, balacasan, çox balacasan” deyən şair kəndinin timsalında dərindən bağlı olduğu Naxçıvanı əhatə edən təhlükələrdən, qara-qorxulardan qayğılanır:

Kəndim, balacasan, çox balacasan,

Sənin qayğıların yuxuluq deyil.

Mənim yuxularım yuxuya sığmaz,

Elə qorxular var, qorxuluq deyil,

Elə qorxular var, qorxuya sığmaz.

Bu baxımdan şair “Bura Naxçıvandır” şeirində bu ulu yurda tamah salıb göz dikənlərin iştahasına zəhər qatır, tarixən xalqın düşmənə verdiyi dərsdən başqa bir də şair özü öz məharitilə söz dərsini verir:

Bura Naxçıvandı, Naxçıvan.

Bu torpağın daşına da hürən olub,

Qumunu da, külünü də eşən olub.

Tüstümüzə, odumuza hürən olub.

Soyumuza, adımıza hürən olub.

Qəlpə-qəlpə daş qoparıb

məqam tapıb.

Yurdumuzun daşlarından.

Yalaq əkmək səriştəli –

qara əllər,

Böhtan əkmək səriştəli –

                        ara əllər.

Marıqdadır düşmən hələ,

Qorxur, qorxur Zəngəzurun

Sahibləri qəfil gələr.

Bazarçayın, Zəngiçayın,

Qaragölün, Üçtəpənin,

İşıqlının, İşıqların,

Göyçənin, Göyçəgölün

Sahibləri birdən gələr!

Göründüyü kimi, vətən oğlu, təpədən dırnağa vətənpərvər insan Məmməd Araz Naxçıvana göz dikən, tamahı başına bəla olan mənfur düşmənlərin hiylə, amal, kələklərini nifrətə tuş edir. Onların müxtəlif vaxtlar xalqımızdan, vətənimizdən qopardıqları dədə-baba torpaqlarını yada salır, düşmənin alınmış bu torpaqlar üstündə səksəkə içində “yaşadığını” bildirir. Bu əsər 1999-cu ildə, yəni dövlət müstəqilliyini yenicə bərpa etmiş, müdrik lider Heydər Əliyevin rəhbərliyilə müstəqil dövlətçiliyin möhkəmləndirildiyi, eləcə də Azərbaycanda yeni vətən müharibəsinin yaşandığı, Azərbaycan torpaqlarına yeni faşizm olaraq meydana çıxan ermənilərin  işğalçı təxribatlar apardıqları bir dönəmdə, bu saxtakar və mənfur xalqın hiylələrinə cavab olaraq yazılıb. Var səsilə hayqıran, vətən övladlarına səslənən istiqlal şairi Məmməd Araz yeni nəsilləri oyaq və ayıq olmağa çağırardı:

Vətən oğlu, gözün yatsa,

Kirpiyini ayıq saxla.

Hənirtini ayıq saxla.

Nəfəsini ayıq saxla.

Biz- biri min,

Biz – mini bir!

Bura Naxçıvandı, bura Naxçıvan!

Buradan hər oba, oymaq görünür.

Murov, Dəlidağ görünür.

Səslət bu harayı, bu andı, oğul!

Yolumuzun yolu burdan.

Göyümüzün yolu burdan,

Burdan keçir, burdan oğul!

Sərilməz, əyilməz qalamız

                            Naxçıvan!

Bura Naxçıvandır, oğul!!!

Buna görə də Xalq şairi “Siyasət çayları boy verməz sənə, Göydələn şəhərlər hay verməz sənə”, - deyə sanki balaca bir kəndin timsalında mənsub olduğu Vətəninin məsələlərinin hansısa göydələnlər şəhərlərində deyil, məhz özündə, öz inadı, birliyi və gücü ilə həll ediləcəyinə inam ehtiva edirdi.

Xalq şairi bir çox əsərlərində, xüsusilə Naxçıvanla, Qarabağ və onun ətraf ərazilərilə bağlı yazılan şeirlərində erməni məkri, düşmən fitnəsi, işğalçılıq niyyəti barədə narahatlıqlarını ifadə etmişdir. Bu cəhətdən şairin “Tarixçi alimə” şeirində öz yerini tapan ciddi mətləblər də düşmən hiylələrini tənqid və təqdim etmək baxımından maraqlıdır. Məmməd Araz qardaş Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Paşa Atatürk timsalı tarixçi alimə həqiqətləri söyləməyi, doğrunu deməyi daha haqq və düzgün bilirdi. “Hər daşda hənir var – ayağa qaldır, O kərpic qocanın yapış qolundan”, - deyən Xalq şairi daşın yaşına, tarixinə diqqətlə yanaşmağı tarixçi alimin ədalətli həqiqət axtarıcılığı kimi qiymət verirdi. Söz yox, bu, o zaman diqqətə çatdırılırdı ki, mənfur niyyətli, işğalçı düşüncəli, oğru və quldur bir millət kimi özlərini təsdiqlətmiş ermənilər köməkdarları ilə birlikdə yalançı tarix quraşdırmağa cəhd edir, Azərbaycan ərazilərində saxta “tarixi” daşlar qazıb basdırmaqla həqiqətdən uzaq “tarixçələr” quramağa səy göstərirdilər. Buna görə vətənpərvər ziyalı Xalq şairi Məmməd Araz böyük pafosla deyirdi:

Tarixə dəyməsin yalan barmağı,

Haqqım yox quşun da haqqını danam.

Mən öz keçmişinə heykəl yonmağı

Alnına yazdıran oğullardanam.

...Dilimin ətrindən dili kallaşan,

Təzə dil axtaran dillərdən qorun.

Dünənki tarixi bugünkü daşa

Yamayıb, basdıran əllərdən qorun.

Əlbəttə, apaçıq görünür ki, milli heysiyyətli vətəndaş şair niyyəti, əməli pozuq ermənilərin hiylələrindən xalqını qorumaq üçün öz haqq səsini cəsarətlə qaldırırdı. Milli qeyrətli şairin Azərbaycan adət-ənənələrini, abidələrini, mətbəxini, sözlərini oğurlamaqla özlərinə “erməni tarixi, erməni dili, erməni adətləri, erməni mətbəxi” və s. quramağa çalışan mənfur bir etnik qrupun hiylə və axmaq niyyətlərini faş edirdi. Əlbəttə, o zaman “Qardaş olub Hayastan, Azərbaycan” kimi süni nidalar altında “dostluq, qardaşlıq” mühiti formlaşadırılan bir dövrdə belə sözləri söyləmək heç də asan deyildi. Bu saxta, mənfir niyyətləri başa düşməkdən tutmuş onu dostcanlı, xoş niyyətli xalqına anlatmaq Məmməd Arazın böyük cəsarəti, vətəndaşlıq qeyrəti idi. Buna görə də Naxçıvana, Qarabağa “hürən” mənfur itlərin niyyətindən xalqını hali etmək üçün Xalq şairi dilini qasid, sinəsini sipər edir, başını ətəyinə qoymağa vadar olurdu. Saxta daş basdıranların niyyətini də, əməlini də şeirlərində ifşa edir, yalanlarını üzə çıxarır, niyyətlərini ortaya qoyurdu.

Beləliklə, yaradıcılığında hər zaman dönüb-dönüb Naxçıvana boylanan qeyrətli şair onu bütün əzəmətilə əks etdirməyə nail olmuşdur. Onun yaradıcılığında ulu Naxçıvan tarixilə, həyat, düşüncə və yaşayış tərzilə, dəyərləri və bütün sərvətlərilə əks olunmuş, ədəbi tarixə çevrilərək gələcəyə daşınmışdır. Bu baxımdan Xalq şairi Məmməd Arazın yaradıcılığı müəyyən mənada Naxçıvannamə, geniş mənada vətənnamədir. Xalq şairi “haqq bağıran səs” olaraq da Naxçıvana – vətənin bu alınmaz, dilbər guşəsinə olan hiyləgər düşmən iddialarına da cavab verməyi özünə borc bilmiş, oğru millətin talançı niyyətindən vətən övladlarını xəbərdar etməyə çalışmışdır. Məmməd Araz döyüşkən bir vətən oğlu kimi ədəbiyyatın “müsəlləh bir əsgəri” olaraq öz şeirlərilə vətən uğrunda düşmənə qarşı döyüşmüş, sarsılmaz vətən məhəbbəti, yurd sevgisi təcəssüm etdirmişdir.  

 

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəzmiyyə Məmmədova

 

 

 
  • 000.jpg
  • 00000.jpg.jpg
  • 000000000000.jpg.jpg
  • 1-2015.jpg
  • 1-20155.jpg
  • 01.jpg
  • 1.jpg
  • 2.jpg
  • 02.jpg
  • 3 li mekteb.jpg
  • 3-2015.jpg
  • 03.jpg
  • 3.jpg
  • 03_PREZIDENT-NAXCIVAN-SEFER-MUSIQI-MAKTABI-ACHILISH.jpg
  • 4-2015.jpg
  • 4.jpg
  • 5-2015.jpg
  • 5.jpg
  • 05.jpg
  • 6-2015.jpg

HƏFTƏLİK NÖMRƏLƏR

Prev Next

WhatsApp-ın daha bir təhlükəsizlik probl…

26-05-2020-19-31 -Sosial

WhatsApp-ın daha bir təhlükəsizlik problemi aşkar olundu

WhatsApp-ın söhbət yazılarının saxlandığı iCloud və Google...

Çempionlar Liqasının ən yaxşı məşqçisi a…

26-05-2020-19-15 İDMAN

Çempionlar Liqasının ən yaxşı məşqçisi açıqlanıb

Çempionlar Liqasında tarixin 10 ən yaxşı baş məşqçisi açıq...

Yaponiyanın kosmik yük daşıyıcısı Beynəl…

26-05-2020-19-08 -Sosial

Yaponiyanın kosmik yük daşıyıcısı Beynəlxalq Kosmik Stansiyası ilə birləşib

  Yapon kosmik yük gəmisi HTV-9 (Kounotori 9 - "Ağ leylək -...

Azərbaycanda daha 132 nəfər koronavirusa…

26-05-2020-19-00 İCTİMAİ-SİYASİ

Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxdu, 78 nəfər sağaldı, 1 nəfər öldü

Azərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyas...

Naxçıvanda sağlamlıq imkanları məhdud uş…

25-05-2020-21-05 İCTİMAİ-SİYASİ

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar arasında ilk dəfə asfalt üzərində rəsm müsabiqəsi keçirildi

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ...

Azərbaycanda daha 149 nəfər koronavirusa…

25-05-2020-18-08 İCTİMAİ-SİYASİ

Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb-Operativ Qərargah

Azərbaycan Respublikasında 149 yeni koronavirus infeksiyas...

Mövlud Çavuşoğlu: Ermənistanın Dağlıq Qa…

24-05-2020-12-00 İCTİMAİ-SİYASİ

Mövlud Çavuşoğlu: Ermənistanın Dağlıq Qarabağda saxta “seçkilər” keçirməsi təxribatdır

Türkiyə və Azərbaycan ortaq məsələlərdə birlikdə hərəkət e...

İspaniyada futbol çempionatı bərpa edili…

24-05-2020-11-08 İDMAN

İspaniyada futbol çempionatı bərpa edilir

İspaniyada futbol üzrə ölkə çempionatı iyun ayının 8-də bə...

Görünən tərəqqi və inkişaf artıq üfüqün …

24-05-2020-10-41 -Sosial

Görünən tərəqqi və inkişaf artıq üfüqün bu üzündədir...

“Gəzmək insan ömrünü uzadır”, – deyib atalarımız. “Çox gəz...

Tariximizin zəfər salnaməsi – Günnüt

24-05-2020-10-38 İCTİMAİ-SİYASİ

Tariximizin zəfər salnaməsi –  Günnüt

Deyirlər ki, doğma el-obanın intizarı təkcə insanları göyn...

Muxtar respublikanın turizm potensialı a…

24-05-2020-10-15 -Turizm

Muxtar respublikanın turizm potensialı artır

Turizm dünyada sürətlə inkişaf edən iqtisadi sektorlardan ...

Xeyirxahlıq, şəfqət, birlik və bərabərli…

24-05-2020-10-05 İCTİMAİ-SİYASİ

Xeyirxahlıq, şəfqət, birlik və bərabərlik rəmzi olan  Ramazan bayramınız mübarək!

İslam dininə görə, oruc tutanlar Allahın sevgisini qazanmı...

Nazirlər Kabineti istehsalçıların toxum …

23-05-2020-21-32 İCTİMAİ-SİYASİ

Nazirlər Kabineti istehsalçıların toxum təminatı ilə dəstəklənməsi üçün 5 milyon manat ayırıb

Mayın 22-də Nazirlər Kabinetinin Sərəncamı ilə dövlət büdc...

Naxçıvan Dövlət Universitetində növbəti …

23-05-2020-18-00 -Elm və təhsil

Naxçıvan Dövlət Universitetində növbəti laborator təcrübə

Naxçıvan Dövlət Universiteti (NDU) fizika-riyaziyyat fakül...

İkitərəfli komanda-qərargah təlimi başa …

23-05-2020-17-38 İCTİMAİ-SİYASİ

İkitərəfli komanda-qərargah təlimi başa çatıb

{gallery}2020/05/23/ordu{/gallery}   Naxçıvan Qarnizonu Q...

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətin…

23-05-2020-16-36 -Elm və təhsil

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin onlayn iclası keçirilib

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin onlayn iclası k...

Azərbaycanda daha 127 nəfər koronavirusa…

23-05-2020-16-33 İCTİMAİ-SİYASİ

Azərbaycanda daha 127 nəfər koronavirusa yoluxdu, 107 nəfər sağaldı, 3 nəfər vəfat etdi

Azərbaycan Respublikasında 127 yeni koronavirus infeksiyas...

Müstəqillik dövründə Naxçıvan əbədi mühi…

23-05-2020-15-20 -Elm və təhsil

Müstəqillik dövründə Naxçıvan əbədi mühitində bədii tərcümə məsələlərinə baxış

  {gallery}2020/05/23/kitab{/gallery}   Ümumiyyətlə, bədii...

Türkiyədə tətbiq olunan növbəti komendan…

23-05-2020-12-09 İCTİMAİ-SİYASİ

Türkiyədə tətbiq olunan növbəti komendant saatı rejimi bütün ölkəni əhatə edir

Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı həyata ke...

Qafqaz Müsəlmanları İdarəsindən bayram n…

23-05-2020-12-07 İCTİMAİ-SİYASİ

Qafqaz Müsəlmanları İdarəsindən bayram namazı ilə bağlı AÇIQLAMA

Ramazan bayramı Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə ...

Prev Next

“Nakhichevan” decorated with “Genocide t…

06-02-2020-11-51 News

“Nakhichevan” decorated with “Genocide tales”, pomegranate, apricot, grapes fights, salvation army 416

(Previous in the 16th January dated newspaper) … Armenians’ claims ...

“Melted down” Nakhichevan in Don or wher…

06-02-2020-11-44 News

“Melted down” Nakhichevan in Don or where from starting of Armenians’ Nakhichevan “love”?

13 years ago, in December 2007, there were published news in Mass Me...

President Ilham Aliyev received Chairman…

20-11-2019-22-02 News

President Ilham Aliyev received Chairman of Supreme Assembly of Nakhchivan Autonomous Republic Vasif Talibov

President of the Republic of Azerbaijan Ilham Aliyev has received Ch...

This chess festival was unforgettable fo…

15-05-2019-19-34 News

This chess festival was unforgettable for me

Winner of International Chess Festival "Nakhchivan-2019" interview wit...

The International Chess Festival "N…

15-05-2019-19-27 News

The International Chess Festival "Nakhchivan-2019" has finished

The Nakhchivan-2019 International Chess Festival, dedicated to the 96t...

This festival has a special place in the…

09-05-2019-18-42 News

This festival has a special place in the calendar

The tense and stubborn struggle of the intellectuals participating in ...

The 8th round of the International Chess…

09-05-2019-18-33 News

The 8th round of the International Chess Festival was over

The 8th round of the International Chess Festival "Nakhchivan-2019" de...

Blitz Tournament

08-05-2019-08-01 News

Blitz Tournament

The Blitz Tournament was also held among the participants of the ongoi...

Chess players competed for the futsal ch…

07-05-2019-20-19 News

Chess players competed for the futsal championship

Chess players have a good break in the International Chess Festival. ...

Nakhchivan introduced himself as a chess…

04-05-2019-09-02 News

Nakhchivan introduced himself as a chess land in the world arena

As is known, the International Chess Festival "Nakhchivan-2019", dedic...

The first round of the festival has come…

02-05-2019-20-20 News

The first round of the festival has come to an end

The first round of the Nakhchivan-2019 International Chess Festival, d...

The International Chess Festival has sta…

02-05-2019-16-20 News

The International Chess Festival has started

By the symbolic move of the Minister of Youth and Sports of the Repu...

The opening ceremony of the Internationa…

02-05-2019-16-03 News

The opening ceremony of the International Chess Festival "Nakhchivan-2019" was held

The Nakhchivan State Musical Drama Theater hosted the Nakhchivan-2019 ...

Prev Next

Проект "Север-Юг" сделал Азерб…

04-03-2020-21-55 Новости

Проект "Север-Юг" сделал Азербайджан ключевым экономическим партнером и для Европы, и для Азии

Международный транспортный коридор Север-Юг - это транспортная артер...

Президент Ильхам Алиев принял председате…

20-11-2019-22-05 Новости

Президент Ильхам Алиев принял председателя Верховного Меджлиса Нахчыванской Автономной Республики Васифа Талыбова

Президент Азербайджанской Республики Ильхам Алиев принял председател...

Этот шахматный фестиваль был незабываемы…

15-05-2019-19-33 Новости

Этот шахматный фестиваль был незабываемым для меня

Победитель Международного шахматного фестиваля "Нахчыван-2019" интервь...

Международный шахматный фестиваль "…

15-05-2019-19-29 Новости

Международный шахматный фестиваль "Нахчыван-2019" завершился

Завершился международный шахматный фестиваль «Нахчыван-2019», посвящен...

Вице-президент Международной шахматной ф…

14-05-2019-11-36 Новости

Вице-президент Международной шахматной федерации: шахматные школы в Нахчыване могут стать примером для всего мира

Международный шахматный фестиваль «Нахчыван - 2019» - турнир очень выс...

Президент Шахматной федерации Азербайджа…

14-05-2019-11-35 Новости

Президент Шахматной федерации Азербайджана: “Нахчыван - 2019” проявляет большой интерес к Международному шахматному фестивалю

Большой интерес вызывает традиционный Международный шахматный фестивал...

Этот фестиваль занимает особое место в к…

09-05-2019-18-49 Новости

Этот фестиваль занимает особое место в календаре

Продолжается напряженное и упорное соревнование интеллектуалов, участв...

8-й тур Международного шахматного фестив…

09-05-2019-18-16 Новости

8-й тур Международного шахматного фестиваля был завершен

В Шахматном центре в городе Нахчывань завершился восьмой тур Междунаро...

Фестиваль проходит на высоком уровне

08-05-2019-21-21 Новости

6-ой тур Международного шахматного фестивалья Нахчыван-2019, посвященн...

Блиц Турнир

08-05-2019-08-01 Новости

Блиц Турнир

Также проводился Блиц Турнир среди участников проходящего Международно...

Нахчыван представился шахматной ареной н…

04-05-2019-09-42 Новости

Нахчыван представился шахматной ареной на мировой арене

Международный шахматный фестиваль «Нахчыван-2019», посвященный 96-лети...

Первый тур фестиваля подошел к концу

02-05-2019-20-23 Новости

Первый тур фестиваля подошел к концу

Первый тур Международного шахматного фестиваля «Нахчыван-2019», посвящ...

Состоялась церемония открытия Международ…

02-05-2019-15-58 Новости

Состоялась церемония открытия Международного Шахматного Фестиваля "Нахчыван-2019"

1 мая в Нахчыванском Государственном Музыкально-раматическом театре со...

Стартовал международный шахматный фестив…

02-05-2019-14-39 Новости

Стартовал международный шахматный фестиваль

Международный шахматный фестиваль "Нахчыван-2019" начался с символич...

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR