ABŞ-ın “Intel” korporasiyası bükük formada korpusa malik noutbuku patentləyib.

Hazırda bir sıra şirkətlər bükük formalı televizor və monitorlar istehsal edirlər, ancaq belə modellərin sayı standart modellərdən xeyli azdır. Məsələn, “Acer Predator 21 X” noutbukunun bükük monitorla təchiz edilməsinə baxmayaraq, korpusun əsas hissəsi düz formaya malikdir.

“Şərq qapısı” ictnews.az saytına instinadən xəbər verir ki, patentin mətninə əsasən, “Intel” korporasiyası korpusu bükük formaya malik noutbuk hazırlamaq niyyətindədir. Sənəddə, həmçinin korpusdan ayrılan ekran təsvir edilib. Ehtimal ki noutbuk planşet kompüterin imkanlarını birləşdirəcək.

Noutbukun texniki məlumatları açıqlanmır. Patentdə, həmçinin belə formanın seçim səbəbi izah olunmur. Belə noutbukları masa üzərində yerləşdirdikdə daha az qızacaq.