Fransanın şimal-qərbində Flamanvil Atom Elektrik Stansiyasının maşın zalında partlayış baş verib.

Serqqapisi.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Ouest France”  qəzetinin yaydığı məlumata görə, ətraf mühitə radioaktiv maddələrin atılması təhlükəsi yoxdur. Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Partlayışdan sonra yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və tibb işçiləri gəliblər.

Partlayış yerli vaxtla saat 10.00 radələrində (Bakı vaxtı ilə 13.00) qeydə alınıb.