2015-ci ilin yayında Rusiyanın “Kasperski Laboratoriyası” şirkətinin mühəndisləri öz kompüter şəbəkələrinin naməlum virus tərəfindən yoluxmasını aşkar etmişdilər. Məlum olmuşdu ki, “Troyan” virusu qurğunun əməli yaddaşında gizlənir ki, bu da virusun 6 ay ərzində aşkar edilməsinə səbəb olub.

Serqqapisi.az ictnews.az saytına istinadən xəbər verir ki, sonralar ekspertlər aydınlaşdırıblar ki, “Duqu 2.0” “soxulcan” virusu “Stuxnet” virusunun (ABŞ və İsrail tərəfindən İranın nüvə proqramını sabotaj etmək üçün yaradılıb) əsasında hazırlanıb. “Kasperski Laboratoriyası” şirkətinin nümayəndəsi deyib ki, indi faylları olmayan virus dünyada yayılmağa başlayıb.

Kompüterin yaddaşında gizlənən zərərverici proqram təminatı, demək olar ki, heç bir iz qoymur, buna görə onu aşkar etmək son dərəcə çətindir.

“Duqu 2.0” virusu artıq ən azı 140 bank və başqa müəssisələri yoluxdurub. “Kasperski Laboratoriyası”nın eksperti Kurt Baumqartner deyib ki, şirkətlər hadisələrin belə inkişafına hazır deyillər. Hakerlər bankomatları idarə edən kompüterləri hədəfə alaraq bankların daxilində pul çəkirlər.