Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə konstitusiyasında dəyişikliklər paketini imzalayıb. Qanun dərc olunmaq üçün Nazirlər Kabinetinə göndərilib.

Serqqapisi.az AZƏRTAC-a istinadla xəbər verir ki, konstitusiya dəyişikliklərinin referendumda qəbul olunacağı təqdirdə, millət vəkillərinin sayı 550-dən 600-dək artırılacaq, parlament üzvü seçilmək yaşı 25-dən 18-ə endiriləcək. Parlament və prezident seçkiləri beş ildən bir eyni gündə keçiriləcək. Qanun ümumilikdə Türkiyədə idarəetmə formasının dəyişdirilməsini və prezident idarəçiliyinin tətbiqini nəzərdə tutur.

Bir qədər əvvəl rəsmi mənbələrdən verilən məlumata görə, referendumun aprelin 16-na təyin olunması gözlənilir.

Xəbərlər şöbəsi