ABŞ, Cənubi Koreya və Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər.

Serqqapisi.az AZƏRTAC-a  istinadla bildirir ki, iclas bu gün keçirilə bilər.

Donald Trampın ABŞ Prezidenti kimi andiçməsindən sonra Pxenyan tərəfindən buraxılan ilk raket Yapon dənizinə düşüb.

 Vurğulanır ki, bu ölkələr arasında yenidən gərginliyin yaranmaması üçün cavab tədbirləri tədricən görülməlidir.

Qeyd edək ki, fevralın 12-də Şimali Koreya ballistik raketi uğurla sınaqdan keçirdiyini bəyan edib.