Almaniyanın paytaxtı Berlində baş tutan 67-ci Beynəlxalq Film Festivalının açılışı olub.

Serqqapisi.az Anadolu agentliyinə istinadən xəbər verir ki,  festival fransız rejissoru Etienne Comarın ekranlaşdırdığı “Django” filminin nümayişi ilə başlayıb. Sözügedən şəhərin “Potsdamer Platz” meydanındakı “Berlinale Palast”da gerçəkləşən festivalda 72 ölkədən 399-dək ekran əsəri nümayiş olunacaq. Festivalda ümumilikdə 18 film “Qızıl ayı” və “Gümüş ayı” mükafatları üçün mübarizə aparacaq.

Həmçinin, qardaş ölkə olan Türkiyənin “Qayğı” filmi festivalın panorama bölümündə “Ən yaxşı ilk film” kateqoriyasında yarışacaq.

 Fevralın 18-də qalib ekran əsərlərinə mükafatlar təqdim ediləcək.