Fransa Alplarında xizəkçilərdən və yerli bələdçidən ibarət 9 nəfərlik qrup qar uçqununa düşüb. Hadisə nəticəsində azı 4 nəfərin həlak olduğu bildirilir.

Serqqapisi.az AZƏRTAC-a istinadla xəbər verir ki, insident günorta saatlarında Savoya departamentində yerləşən Tin dağ kurortu yaxınlığında dəniz səviyyəsindən 2100 metr hündürlükdə baş verib. Hadisədən təxminən bir saat sonra xilasedicilər iki sağ qalmış xizəkçini və iki nəfərin cəsədini aşkarlayıblar.

Xizəkçilər trasın eniş üçün nəzərdə tutulan hüdudlarından kənarda olublar. Hadisənin başvermə səbəbləri araşdırılır.