ABŞ-ın “MPower Technology” şirkəti tərəfindən hazırlanmış nazik, elastik və yüngül günəş batareyasını asanlıqla pilotsuz uçan aparata və ya hər hansı cihaza yapışdırmaqla istənilən səthin funksionallığını xeyli artırmaq mümkündür.
    Serqqapisi.az  ictnews.az saytına istinadən xəbər verir ki,  yeni həll “Dragon SCALE” adlandırılıb. İstehsalçıların məlumatına görə, onların panelləri kağız vərəq kimi elastik və nazikdir, istehsalı adi günəş batareyalarının istehsalından ucuz başa gəlir, istehsal texnologiyası isə başqa müasir analoqlarla müqayisədə daha möhkəm və effektiv elementlər hazırlamağa imkan verir.
     Adi silisium günəş batareyalarını bükmək olmaz, çünki dərhal qırılırlar, yeni həll bu çatışmazlıqdan məhrumdur, ona görə biz tezliklə günəş elektrik enerjisi bazarında çevriliş edəcəyik – “mPower Technology” şirkətinin direktoru Murad Okandan deyib.