ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi Maykl Flinn vəzifəsindən istefa verib. Ağ ev bu barədə yayılan məlumatı təsdiqləyib.

Serqqapisi.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu vəzifəyə istefada olan general-leytenant Kit Kelloqq təyin edilib.

CNN telekanalının məlumatına görə, ABŞ Prezidenti yanında milli təhlükəsizlik üzrə köməkçi ölkənin Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus olacaq.