17 İyul 2019, Çərşənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Alimlər Yeni Zelandiyanın, Kaledoniyanın və onların yaxınlığındakı adaların 90 faizdən çox hissəsinin Sakit okeanın suları altında gizlənən ümumi kontinental plitənin üzərində yerləşdiyini müəyyən ediblər. Bununla bağlı, həmin ərazinin vahid qitə hesab edilməsi təklif olunur.

Serqqapisi.az  Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, avstraliyalı, yeni zelandiyalı və kaledoniyalı alimlər burada Qondvana superqitəsindən söhbət getdiyini iddia edirlər. Plitənin sahəsi 4,9 milyon kvadratkilometrdir.

Tədqiqat müəlliflərinin fikrincə, suyun üstündə qalan ərazilərə gəldikdə, onlar qitənin bütün tələblərinə cavab verir: sərhədləri dəqiq müəyyən olunub, müxtəlif geologiyaya malikdir və dünyanın digər hissələrindən fərqlənir, faydalı qazıntı yataqlarına və geniş kontinental şelflərə malikdir.

Lakin bir sıra alimlər həmkarlarının “kəşfinə” skeptik yanaşırlar. Məsələn, Kaliforniya Universitetindən olan Brit Lendik hesab edir ki, tədqiqatın müəllifləri güclü sübut bazası toplasa da, bütün hallarda bu məsələ ilə bağlı problemlər yaranacaq.

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4262639
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3721
6540
15804
93997
4262639

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter