Facebook-da şirkət səhifələri iş elanları yerləşdirə biləcəklər.

Serqqapisi.az xəbər verir ki, hələlik bu funksiya ABŞ və Kanadada istifadəyə verilib. Funksiya avtomatik olaraq istifadəçilərin profilindəki məlumatları xüsusi formaya əlavə edir və işəgötürən öz rəyi barədə mesencerə yaza bilir. Şirkətlərin işlə bağlı elanları həm də xəbərlər lentində peyda olacaq.

Müşahidəçilərin bildirdiyinə görə, bununla Facebook karyera və peşə istiqamətli Linkedİn sosial şəbəkəsinə zərbə vurmuş olur. Dünyada ən böyük auditoriyası olan Facebook bununla karyera ilə bağlı məsələləri də öz platformasında saxlamaq niyyətindədir.