Fevralın 16-da “Əqrəb” özüyeriyən robotu qəzalı “Fukusima-1” atom elektrik stansiyasının (AES) ikinci blokunda 2011-ci il qəzası zamanı reaktorun altına axmış nüvə yanacağının tədqiqnə başlayıb.

Serqqapisi.az AZƏRTAC-a istinadən xəbər verir ki, reaktorun sökülməsini həyata keçirməyə hazırlşan mütəxəssislər kamera, fənər və dozimetrlə təchiz edilən bu robot vasitəsilə onun daxilində radiasiyanın səviyyəsini müəyyən etməyə çalışırlar.

Əvvəlki ölçmələr zamanı ikinci reaktorun daxilindəki müdafiə örtüyünün içərisində ərimiş nüvə yanacağının yaratdığı radiasiyanın saatda 650 zivert təşkil etdiyi müəyyən edilib. Təbii radiasiya fonu ildə 2,4 millizivertə bərabərdir.

Bundan əlavə, həmin tədqiqat zamanı reaktorun altında, metal dayaqlar olan hissədə 1,5x1,5 metr ölçüdə kvadratşəkilli kəsiyin olduğu aşkar olunub. Güman olunur ki, həmin kəsik reaktorun örtüyünün içərisindəki nüvə yanacağının əriməsi nəticəsində əmələ gəlib. Burada nüvə yanacağının qalığı ola biləcəyi güman edilən qara bərk maddə də müəyyən olunub.