19 Yanvar 2020, Bazar

Yaşadığımız dövr cəmiyyətin sürətli inkişafı və buna müvafiq olaraq yeni tələbatların yaranması ilə xarakterizə olunur. Elmi nailiyyətlərin və texnoloji yeniliklərin sürətlə insan həyatına tətbiq olunması sosial həyatın ən aparıcı sahəsi olan təhsilin qarşısında da mühüm tələblər qoyur. Bu baxımdan qabaqcıl təhsil üsulları ilə hazırlanan bacarıqlı kadrların həyatımıza yeni keyfiyyət dəyişiklikləri gətirməsi bir aksiom kimi artıq hər kəsin qəbul etdiyi reallıqdır. Ona görə də ali və orta ixtisas təhsili qarşısında qoyulmuş prioritetlər cəmiyyətimizdə öz aktuallığını qorumaqda, həmişə diqqət mərkəzində qalmaqdadır. Muxtar respublikamızda da ali və orta ixtisas təhsili ocaqlarının günün tələbləri səviyyəsində yenidən qurulması, ən müasir tədris avadanlıqlarının alınıb gətirilməsi kadr hazır­lığının səviyyəsinə öz təsirini göstərmiş, ali təhsil almaq üçün Naxçıvana üz tutan əcnəbi tələbələrin sayında ciddi artım olmuşdur.

Ətraflı: Hərtərəfli inkişafı təmin edəcək   kadr potensialının yaradılması əsas məqsəddir 

İqtisadi inkişafın əsas şərti kimi makroiqtisadi sabitliyin qorunması və bu məqsədlə bank sektoru tərəfindən davamlı olaraq həyata keçirilən tədbirlər həmişə diqqəti cəlb edir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında real sektora kredit qoyuluşunun artması və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının yaxşılaşdırılması nəticəsində bank sektorunun maliyyə dayanıqlığı ötən dövr ərzində də uğurla təmin olunub. Sərfəli faiz dərəcələri ilə verilən kreditlər ümumi iqtisadi aktivliyin artırılmasında, sahibkarlığın inkişafında, məşğulluğun təmin olunmasında mühüm rol oynayır.

Ətraflı: Cari ilin 10 ayında bank sektorunda da uğurlu fəaliyyət davam etdirilib

Məlum olduğu kimi, cari ilin oktyabr ayında əhali haqqında demoqrafik, iqtisadi və sosialməzmunlu daha geniş məlumatların əldə edilməsi məqsədilə növbəti siyahıyaalma keçiriləcəkdir. Bu mühüm tədbir dövlət miqyasında əhəmiyyət daşımaqla onun mahiyyəti və məqsədilə bağlı məlumatların verilməsi də aktuallıq kəsb edir. 

Cəmiyyətin ən böyük sərvəti, şübhəsiz, insan kapitalıdır. Bu kapitalın kəmiyyət və keyfiyyət prizmasından düzgün qiymətləndirilməsi və ondan istifadə məsələləri istər regional, istərsə də milli səviyyədə dövlət idarə­etməsinin mühüm elementlərindən biridir. Dövlətin sahib olduğu insan resurslarının statistik məlumat bazasının hazırlanması üçün keçirilən əhalinin siyahıyaalınması da, bu mənada, hər hansı bir ərazinin keçdiyi tarixi inkişaf yoluna qiymət verilməsi üçün mühüm dövlət əhəmiyyətli kampaniyadır.
Demoqrafik məlumatlar cəmiyyət həyatının bütün sahələri ilə qarşılıqlı əlaqəli olub, son nəticədə, sosial-iqtisadi inkişafa da öz təsirini göstərən əhəmiyyətli amildir. Təsadüfi deyildir ki, gələcəyə doğru inkişaf konsepsiyaları hazırlanarkən ali məqsədlər arasında insan inkişafı, onun uzun­ömürlülüyü, təhsil və rifahlarla əhatə olunma səviyyəsi, habelə urbanizasiya proseslərinə olan meyillilik, məskunlaşma, xüsusən ucqar ərazilərdə geniştərkibli ailələrin həmişəlik kök salması kimi perspektivlər ön planda tutulur. Buna görə də hər bir ölkənin və onun ayrı-ayrı regionlarının gələcək inkişaf konsepsiyasını demoqrafik məlumatlarsız təsəvvür etmək qeyri-mümkündür.

Ətraflı: Əhalinin siyahıyaalınması mühüm əhəmiyyətli  dövlət tədbiridir

 (esse)

Soyuq günlərə doğru yaxınlaşdıqca yaxında dərin qış yuxusuna dalacaq uca dağların sinəsindəki payız, sanki ondan küsərək daha güneyə üz tutmuş Günəşin acığına iki-üç deyil, dörd, beş, bəzən də altı rəngə boyanmaqla qızılı-sarıdan tutmuş bəyaza, yaşıldan maviyədək hər kəsin könlünü oxşayır. Dili olmasa da, Dərələyəzin sərin mehinin pıçıltısı və özünəxas çalarları ilə insanı baş-başa qoyan bu payız rənglərinin boz yamaclardakı ürkək kəkliklərin qaqqıltısıtək həzin bir nəğməsi də var.

Ətraflı: Payız rəngləri

Naxçıvanın qızmar yay günləri davam etdikcə, qışdakı kimi gecələr isti yorğana bürünüb yatmağı arzulayanlar bunu nağıllarda yox, cəmisi birsaatlıq rahat yolla Küküyə gəlməklə tapa bilərlər. Bu mənada, Şahbuzun dilbər guşəsi Kükü kəndi bu rayonun ən böyük yaşayış məntəqəsindən biri olmaqla bərabər, həm də yay-kamp turizmi üçün də ideal məkanlardan biridir. Son illər buraya istirahət üçün gələnlərin marağının artması, yerli əhalidə turistlərin yerləşdirilməsi üçün hosteltipli evlərin yaradılması və kənd infrastrukturunun buna çox əlverişli olması belə deməyə əsas verir.

Kükünün təbiəti çox rəngarəng və bənzərsizdir. Bir çoxlarının nəzərində Kükü kəndi dağ boyda qayaların üzük qaşı kimi səf çəkdiyi zirvələri ilə yadda qalsa da, burada digər təbii cazibə elementləri istənilən qədərdir. Həm də ilin dörd fəslində. Küküdə yazın ilk ilıq nəfəsi duyulduqca sürətlə canlanıb boy atan yaşıl təbiət payız girənə qədər öz təravətini saxlayır. Qabaqlıdan Qanlıgölədək güneylə quzeyin bir-birini əvəzlədiyi sıra dağların döşündəki laləli-nərgizli təpələr insanın ruhunu oxşamaqla küsülüləri də barışdırır. Naxçıvançayın ən böyük qolu olan Kükü çayı Gurbulaqdan xan Arazadək uzun yolçuluğuna məhz buradan bu gözəlliyin çeşnisinə mavi rəng qatır. Xülasə, Küküdən danışanda, sanki nənəsinin danışdığı sehrli nağılın ovsunundan bir anda oyanıb onu qucaqlayan bal nəvələrin arzularının çiçək açdığı cənnət guşəsi yada düşür.

Ətraflı: Küküdə yay turizmi

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR