21 Aprel 2021, Çərşənbə

Ölkəmizin müasir sosial-iqtisadi inkişafı və tarixi zəfərlərlə dolu 2020-ci ilin yekunları qarşıdakı dövrün də hər sahədə daha uğurlu olacağından xəbər verir. Ötən ilin 10 noyabrında, 44 günlük tarixi Vətən müharibəsi sonunda təcavüzkar Ermənistan dövlətinin təslim olmasından sonra qədim Azərbaycan torpağı Qarabağda artıq başlanmış olan genişmiqyaslı quruculuq işləri təkcə ölkəmizin deyil, bütün regionun rifahı üçün yeni bir mərhələnin də əsasını qoyacaqdır. Bu mərhələdə doğma Naxçıvanımız da özünün iqtisadi potensialı və geniş quruculuq təcrübəsi ilə daha da diqqətləri cəlb edəcək. Xüsusilə 2020-ci ilin yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə ölkə başçısı, Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən əsas kommunikasiyaların açılması gələcəkdə çox əhəmiyyətli olacaqdır. 

Ətraflı: Qarşıdakı dövr yeni iqtisadi yüksəliş mərhələsi olacaq

Möhkəm iqtisadiyyat hərtərəfli inkişaf üçün əsas şərt olduğuna görə müasir dünyada hər bir ölkə­də bütün strateji sahələrdəki problemlərin həllinə də məhz iqtisadiyyatın gücləndirilməsi ilə nail olunur. Dünya güclü iqtisadiyyatla nəyə nail olunduğunu ötən ilin payızında 44 günlük Vətən müharibəsində müstəqil Azərbaycan Respublikasının timsalında bir daha gördü. 

Ətraflı:  Muxtariyyət  və müstəqillik dövrümüzü  güclü iqtisadiyyatı ilə tarixiləşdirən Naxçıvan


Əziz Şuşa, sən azadsan!

Xalqımızın ən yeni tarixində əbədi iz qoyacaq bu müjdə Şuşa həsrəti ilə yaşayan bütün azərbaycanlıların həyatında yeni bir mərhələnin də başlanğıcını qoydu. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu xoş xəbəri paylaşması ilə bütün Azərbaycan sanki bir anda şuşalı oldu. Şuşanı canlı görmək, Şuşanın havası ilə nəfəs almaq, Şuşadan dünyaya baxmaq kimi ülvi arzular yarandı insanlarda. Bu saatdan başalyaraq, 28 il əvvəl evinin açarını özü ilə götürüb ən son Şuşadan ayrılanlar yaşlılar, əslən şuşalı olub, heç zaman bu torpağı görməyən gənclər, Xarı-bülbül əfsanəsini indiyədək nənə-babasından dinləyən balacalar kimi 10 milyonluq bütün Azərbaycan həyəcanla Şuşa yoluna çıxmaq üçün günləri saymağa başladı. Bu xoş xəbər həm də ötən illər ərzində turizmçi kimi ürəymizin bir guşəsində bu gün üçün qoruyub saxladığımız “Bakı-Xankəndi-Şuşa turizm marşrutu” üzrə ilk səyahət ideyalarını da yaratdı.

Ətraflı: Bakı-Xankəndi-Şuşa  turizm marşrutu

200 ilə yaxın bir müddətdə təkcə Cənubi Qafqaz regionunda deyil, elə səpələndikləri beş (bəlkə də, altı) qitədə insanların başını ağrıdan, terror, təxribat və fitnə yolu ilə normal həyatı məhv edən erməni xəstəliyi də davam etdikcə onun daşıyıcıları olan ermənilərin və hay heyranlarının qızdırması da vaxtaşırı olaraq qalxır. Müasir tibb elminə gerçək “erməni xəstəliyi” adı ilə qızdırma əlamətli genetik bir xəstəlik kimi məlum olan, tibbi statistikada isə, əsasən, erməni millətindən olan insanların daha çox yoluxduğu bildirilən və Şimali Afrika-Aralıq dənizi mənşəli bu mərizin müayinəsi və müalicəsi barədə dəqiq elmi fikirlər məlum olsa da, yaltaqlıq, lovğalıq, hiylə və qorxaqlıq kimi simptomları ilə hər yerdə rastımıza çıxan daha təhlükəli erməni xəstəliyi bu gün hamı ilə birgə bizim də başımızı ağrıtmaqdadır. 

Erməni xəstəliyi unikal bir xəstəlikdir. Uzaq və yaxın tarixdə baş verən hadisələrə, eləcə də Azərbaycanın 44 günlük uğurlu Vətən müharibəsindən sonrakı cəmisi ikiaylıq bir müddətin xronologiyasına baxdıqda görürük ki, ermənilər, nəinki onların qanına işləmiş xəstəlikdən, nəhayət ki, qurtulmağa, insan kimi yaşayıb adam olmağa çalışır, tam tərsinə, bir-birini dişləyən zombilər kimi öz aralarında daha çox virus yayıb xəstələnməyə çalışırlar.

Ətraflı: Erməni xəstəliyi: simptomları, müalicəsi (felyeton)

Bu gün bütün dünyanın göz-qulağı 30 ilə yaxın bir müddətdə davam edən erməni işğalına son qoymaq üçün şanlı Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatından gələn uğurlu xəbərlərdədir. Açıq döyüşdə böyük itiklər verən işğalçı ordunun qaçışı, buna cavab olaraq son çırpınışlarını edən erməni vandallarının Azərbaycanın cəbhə xəttindən yüz kilometr uzaqdakı mülki vətəndaşlarımızı hədəf alması xəbərləri və bir zamanlar yaltaqlıqla ələ aldıqları havadarlarının xarici mətbuatdakı əzab dolu yazıları da gündəmdəki yerini qoruyur. Torpaqlarımızın işğalıçı ünsürlərdən təmizlənməsi uğrunda aparılan döyüşlərdə olduğu kimi, Azərbaycanın diplomatik, informasiya və humanitar sahədə də qazandığı uğurları artıq hər kəs tərəfindən, hətta düşmən havadarları tərəfindən də etiraf olunur. Ötən gün ölkəmiz tərəfindən çox böyük humanitar addım atılaraq birtərəfi olaraq 30 erməni hərbçisinin meyitinin və döyüş bölgəsində köməksiz tərk edilmiş mülki şəxsin təhvil verilməsi və eyni zamanda erməni tərəfinin xəstə vəziyyətdəki 84 yaşlı Mişa Melkumyandan imtina etməsi əslində tanış bir mövzunu — erməni xislətinini əsl mahiyyətini bir daha gündəmə gətirir. Bəs nədir erməni xisləti?

Ətraflı: Sahibsiz qalmış Mişa yaxud erməni xislətinin acı sonluğu 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR