25 May 2020, Bazar ertəsi

Naxçıvan Müəllimlər İnstitutunda “Təhsil kurikulumları: praktik tətbiqlər” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir.
Konfransda aşağıdakı bölmələr üzrə məruzələr dinləniləcəkdir:
1. Ümumtəhsil məktəblərində şəxsiyyət­yönümlü kurikulumların tətbiqi yolları
2. Nəticəyönümlü kurikulumların tətbiqi
3. Kurikulumların tətbiqində dərs nümunələri
4. Məktəbəqədər müəssisələrdə kurikulumların tətbiqi yolları
5. Kurikulumda strategiyalar.
Konfransda respublikanın ali, orta təhsil və məktəbəqədər müəssisələrinin əməkdaşları məruzələrlə çıxış edə bilərlər.
Tezislər konstruktiv, konkret və konfransın mövzusuna uyğun olmalıdır və 1 sm intervalla, 14 şriftlə (Times New Roman), formatı – soldan, sağdan, yuxarıdan, aşağıdan 2 sm olmaq şərti ilə 1-3 səhifə həcmində təqdim olunmalıdır. Müəlliflərin adı, soyadı, elmi dərəcəsi, iş yeri məqalənin adının altında yazılmalıdır.
Konfransın materialları məcmuə şəklində nəşr olunacaqdır.
Məruzələr 20 aprel 2015-ci il tarixədək Naxçıvan Müəllimlər İnstitutunun elmi hissəsində qəbul olunur.
Konfrans 24 aprel 2015-ci il tarixdə saat 1100-də Naxçıvan Müəllimlər İnstitutunun akt zalında keçiriləcəkdir.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1
Naxçıvan Müəllimlər İnstitutu
Telefon: (+99036)545-32-02, (+99036)544-04-29
Faks: (+99036)545-32-02

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin icra xidmətində icra məmuru vəzifələrinə işə qəbul olunmaq istəyən şəxslər üçün 19 ştat vahidi üzrə müsabiqə elan edir.
İcra məmuru vəzifələrinə işə qəbulla bağlı müsabiqədə iştirak etmək istəyən namizədlər 2 ədəd arxası ağ fonda 3x4 sm ölçüdə rəngli fotoşəkil təqdim etməklə müraciət formasını doldurmaq üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə müraciət edə bilərlər.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin icra xidmətində icra məmuru vəzifələrinə işə qəbul olunmaq üçün sənədlərini təqdim etmək istəyən şəxslərin nəzərinə çatdırılır ki, onların ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli və onlar Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməlidirlər. İcra məmuru vəzifələrinə 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə icra məmuru işləməyə qadir olmayan, qanunla müəyyən edilmiş həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırışyaşlı vətəndaşlar, məhkəmə, prokurorluq, ədliyyə, digər hüquq-mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər icra məmuru vəzifəsinə işə qəbul edilmirlər.

Ardını oxu...

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına “fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə qəbul olmaq istəyən namizədlər boyu azı 170 santimetr, tam ortatəhsilli və ya buraxılış sinfində oxuyan, 16 yaşından yuxarı (“fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə 01.09.2015-ci il tarixədək 17 yaşı tamam olan), yaxud müddətli həqiqi hər­bi xidmət keçmiş, ehtiyatda olan və 15.09.2015-ci il tarixədək 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.
Namizədlər Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara müvafiq olaraq nazirliyin xüsusi həkim ekspertiza komissiyasında, həmçinin fiziki hazırlıq və seçmə komissiyalarında sınaqdan keçməlidirlər.
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin ərizələri rəsmiləşdirilir və onlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş cədvəl üzrə mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edirlər.
Qəbul imtahanı test üsulu ilə I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı şərtlərlə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında və kütləvi informasiya vasitələrində verilən elanlarla tanış olmaq olar.
Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.
Akademiyada təhsil müddəti 4 ildir və tədris Azərbaycan dilində aparılır.
Akademiyanın məzunlarına “yanğın təhlükəsizliyi mühəndisliyi”, “fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə bakalavr dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilir, Fövqəladə Hallar Nazirliyi sistemində müvafiq vəzifələrə təyin edilirlər.
Akademiyaya qəbul olmaq istəyənlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına internet vasitəsilə elektron ərizə verdikdən sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

Ardını oxu...

28 aprel 2015-ci il tarixdə saat 1100-də cəmiyyətin Babək rayon Sirab kəndində yerləşən inzibati binasında səhmdarların ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdə duran məsələlər:
1. Reqlamentin təsdiqi
2. Cəmiyyətin 2014-cü ildəki maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabatı
3. 2015-ci ildə görüləcək işlər və qarşıda duran məsələlər
4. Cari məsələlər.

Əlaqə telefonu: (036) 541-81-13

Hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hərraca çıxarılan fərdi yaşayış evlərinin ilkin satış qiymətinin 5 % məbləğində beh “Bank of Azerbaijan” ASC 12 saylı Naxçıvan filialında olan AZ 98 AZEJ 00800450190909001 nömrəli hesaba və Kapital Bank Babək rayon filialında olan AZ 37 NABZ 01350100000000001944 nömrəli hesaba 3 aprel 2015-ci il tarixədək ödənilməlidir. Hərraclarda iştiraka görə hərrac iştirakçılarından qanunvericilikdə müəyyən edilmiş iştirak haqqı Auk­sion Mərkəzinin Maliyyə Nazirliyindəki №AZ 21 NABZ 12360100000000005944 nömrəli hesabına köçürülür.

Ardını oxu...

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR