20 Oktyabr 2019, Bazar

Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə müvafiq olaraq aparılır.
Müsabiqəyə sənəd qəbulu 20.10.2014-cü il tarixdən 20.11.2014-cü il tarixədək aparılır. İştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydası Ali Məclis Sədrinin 18 noyabr 2010-cu il tarixli Sərəncamı ilə müəyyən olunur.
Naxçıvan Gömrük Ekspertizası İdarəsinə işə qəbulla bağlı müsabiqədə ali məktəbləri “kimya” ixtisası üzrə bitirən şəxslər iştirak edə bilərlər. Bir qayda olaraq, namizədlərin yaşı 30-u keçməməlidir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər www.dgk.nmr.az internet saytına daxil olmaqla “Gömrük orqanlarında xidmətə qəbul” bölməsində muxtar respublikanın gömrük orqanlarına işə qəbulla bağlı müəyyən olunmuş elektron ərizə formasını doldurmalıdırlar. Elektron ərizə müsabiqədə iştirak üçün ilkin əsas sayılır. Elektron ərizə ilə qeydiyyat bir ay müddətində – oktyabr ayının 15-dən noyabr ayının 14-dək davam edəcək.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə gömrük orqanlarında işləməyə qadir olmayan, gömrük, digər hüquq-mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırışyaşlı vətəndaşlar müsabiqəyə buraxılmırlar.
Müsabiqə hər bir namizədin ixtisas səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, gömrük orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
Xarici dil bilən (əsasən rus və ingilis) və ekspertiza sahəsində müəyyən təcrübəsi olan şəxslərə müsabiqənin müsahibə mərhələsində üstünlük verilir.
Test imtahanı 15.11.2014-cü il tarixdə saat 1000-da Naxçıvan Şə­hər Gömrük İdarəsinin akt zalında keçiriləcəkdir.

Əlaqə telefonları:
(036) 544-49-60; (036) 544-49-72


Qeyd: Sentyabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 36 milyon 199 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 171 min 900 manat olmuş, cəmi 2 milyon 172 min 800 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,0 faizini təşkil edir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Naxçıvan Regional Peşə Tədris Mərkəzində “aşpaz köməkçisi” peşəsi üzrə kurs təşkil edir.
Tədrisin müddəti 3 aydır.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 2014-cü il oktyabr ayının 10-dək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim edə bilərlər:
1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Tibbi yoxlama haqqında arayış

Əlaqə telefonu: 545-32-33

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR