07 İyul 2020, Çərşənbə axşamı

1. Ərzaq məhsullarının satın alınması.
2. Dərman preparatlarının satın alınması.
Kotirovka 18 fevral 2015-ci il tarixədək qəbul edilir. Sorğuda aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, texniki, iqtisadi və maliyyə imkanlarına malik olması göstəricilərinə üstünlük veriləcəkdir. Kotirovka zərfi 19 fev­ral 2015-ci il tarixdə saat 1500-də Sədərək Rayon Mərkəzi Xəstəxanasında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Əlaqələndirici şəxs: Süleyman Tağıyev Ünvan: Sədərək Rayon
Mərkəzi Xəstəxanası,
telefon: 070-618-14-95

1. Təsərrüfat mallarının və yuyucu vasitələrin satın alınması.
2. Dəftərxana ləvazimatlarının satın alınması.
Kotirovka 17 fevral 2015-ci il tarixədək qəbul edilir. Sorğuda aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, texniki, iqtisadi və maliyyə imkanlarına malik olması göstəricilərinə üstünlük veriləcəkdir. Kotirovka zərfi 18 fevral 2015-ci il tarixdə saat 1100-də Naxçıvan şəhəri, “Azərbaycan” küçəsi 29-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Əlaqələndirici şəxs: Ramil Məmmədxanov
Ünvan: Naxçıvan şəhəri,
telefon: 544-66-26

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 santimetr (qızlar üçün 160 sm), çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan (qızlar istisna olmaqla), buraxılış siniflərində oxuyan və ya tam ortatəhsilli 16 yaşdan 18 yaşadək (cari ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq və həmin ayın 31-dək yaşı 18-ə çatmamış) Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

Ardını oxu...

Miqrasiya orqanlarına qulluğa qəbul Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamə”nin və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq aparılır.
Muxtar respublika miqrasiya orqanlarında xidmətə qəbulla bağlı müsabiqəyə ali məktəbləri bitirən şəxslər buraxılırlar.
Müsabiqədə iştirak etmək istəyən şəxslər www.miqrasiya.nakhchivan.az internet saytına daxil olmaqla “miqrasiya orqanlarında xidmətə qəbul” bölməsində muxtar respublikanın miqrasiya orqanlarında işə qəbulla bağlı müəyyən olunmuş elektron ərizə formasını doldurmalıdırlar. Elektron ərizə müsabiqədə iştirak üçün ilkin əsas sayılır. Elektron ərizə ilə qeydiyyat bir ay müddətində – cari ilin fevral ayının 9-dan mart ayının 10-dək davam edəcək.
Elektron ərizə ilə müraciət edən şəxslər eyni zamanda Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin müsabiqə komissiyasına müvafiq sənədləri təqdim etməlidirlər.
Təqdim olunmuş sənədlər əsasında vətəndaşların müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.
Müsabiqədə iştirakla bağlı elektron ərizə qəbulu başa çatandan sonra qeydiyyatı təsdiqlənmiş şəxslərə imtahanın vaxtı ilə bağlı qeydiyyatdan keçdikləri elektron poçt ünvanı vasitəsilə məlumat veriləcəkdir.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən, fiziki və əqli qüsurlarına görə miqrasiya orqanlarında işləməyə qadir olmayan, digər hüquq-mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara görə bu orqanlardan xaric edilmiş şəxslər, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışyaşlı vətəndaşlar (qadınlar istisna olmaqla) müsabiqəyə buraxılmırlar.
Hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, miqrasiya orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə keçiriləcək müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
Xarici dil bilən və kompüterdə işləmək bacarığı yüksək olan şəxslərə müsabiqənin müsahibə mərhələsində üstünlük veriləcək.

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR