29 Yanvar 2020, Çərşənbə

Müsabiqədə iştirak etmək istəyən şəxslər 21 iyun-22 iyul 2019-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Namizədlər test imtahanında iştirak üçün 70 manat məbləği “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ komissiyanın ­“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 900-dan 1230-dək və 1400-dan 1730-dək komissiyaya təqdim ­edilməlidir.
Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.

Ardını oxu...

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
• Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;
• 27 yaşı keçməməli;
• Fiziki cəhətdən möhkəm, hazırlıqlı və sağlam olmalı;
• Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.
Xidmətə qəbul olmaq istəyən kişi namizədlər Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30 ünvanında yerləşən Dövlət Sərhəd Xidməti aparatının qəbul bürosuna müraciət edə, əlavə məlumat almaq üçün (012) 493-62-47 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasında İnformasiya təhlükəsizliyi ixtisası üzrə əyani təhsilə 25 kursantın qəbulu üçün müsabiqə elan edir.
Müsabiqədə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində I ixtisas qrupunun fənləri üzrə keçirilmiş imtahandan 400-dən yuxarı bal toplamış, Azərbaycan dilini sərbəst bilən, boyu azı 170 santimetr, çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (2019-cu il avqust ayının 1-dək 16 yaşı tamam olacaq və çağırışçı olmayan) Azərbaycan Respublikasının vətəndaşları sırasından oğlanlar iştirak edə bilərlər.

Ardını oxu...

Qeyd: May ayında texniki itki nəzərə alınmaqla daxil olan 37 milyon 252 min kilovat/saat elektrik enerjisinin dəyəri 3 milyon 193 min 500 manat olmuş, cəmi 3 milyon 198 min 400 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,2 faizini təşkil edir.

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR