28 Fevral 2020, Cümə

Ümumi müddəalar:
Təlim dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 3 il
Yaş həddi: Cari ildə tam orta ümumtəhsil müəssisəsini bitirən sentyabr ayının 15-nə kimi 19 yaşı tamam olmayan və hərbi-həkim komissiyasının rəyinə əsasən təhsil almağa yararlı sayılan oğlanlar (və qızlar) qəbul olunurlar.
Naxçıvan Tibb Kollecinin Hərbi feldşer işi ixtisasına qəbul olunmaq istəyən namizədlər 20.04.2019-cu il tarixdən 20.05.2019-cu il tarixədək Naxçıvan Tibb Kollecinin direktoruna ərizə ilə müraciət etməlidirlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqəyə ali məktəbləri gömrük işi, maliyyə, iqtisadiyyat, hüquq, beynəlxalq münasibətlər və idarəetmə ixtisası istiqamətləri üzrə bitirən və yaşı 30-u keçməmiş şəxslər buraxılır.
Namizədlərin gömrük işi üzrə bilik səviyyəsinin, ümumi dünya­görüşünün, gömrük orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilən müsabiqə iki mərhələdən – test imtahanı və müsahibədən ibarətdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gənc və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər arasında “Ailə dəyərlərimiz film və fotolarda” IV muxtar respublika yaradıcılıq müsabiqəsi elan edir.
Müsabiqədə Naxçıvan Muxtar Respublikasında yaşayan telejurnalist və rejissorlar, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, həvəskar və professional fotoqraflar iştirak edə bilərlər. Müsabiqə ən yaxşı film və ən yaxşı foto istiqamətləri üzrə keçirilir.
Müsabiqənin keçirilməsində məqsəd gənc ailələrdə ailə dəyərlərinin qorunub saxlanılmasını təbliğ etmək, ailə dəyərlərimizi film və fotolara köçürməklə yaşatmaq, film və fotolar vasitəsilə ailə dəyərlərimizə bağlı olan ailələrin adət-ənənələrini ictimaiyyətə, yeniyetmə və gənclərə təqdim etmək, ailə səadətinin açarı kimi ailə dəyərlərini işıqlandırmaq, gənclərdə və həvəskar şəxslərdə yaradıcılıq qabiliyyətini aşkara çıxarmaq və bədii zövqü inkişaf etdirməkdir.

Ardını oxu...

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR