25 May 2020, Bazar ertəsi

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən zabitlərin nəzəri biliklərinin və bölmələri idarəetmə vərdişlərinin yüksəldilməsi, əməliyyat və qərargah hazırlığı üzrə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən toplantıda gecə şəraitində sürücülük və atəş tapşırıqları yerinə yetirilib.

Müxtəlif qurumların nümayəndələrinin də iştirak etdiyi nəzəri dərslərdə hüquq hazırlığından “Bölmələrdə cinayət hadisələrinin baş vermədən qarşısının alınması”, mənəvi-psixoloji hazırlıqdan “Milli-mənəvi və dini dəyərlərin yad təsirlərdən qorunması”, informasiya təhlükəsizliyindən “Qoşunlarda kütləvi informasiya vasitələrinin nümayəndələri ilə qarşılıqlı əlaqə və çəkilişlərin təşkili” və digər mövzularda mühazirələr oxunub.
Toplantının planına əsasən Əlahiddə Ümumqoşun Ordunun Simulyasiya Mərkəzində ikitərəfli kompüter dəstəkli tabor taktiki təlimi keçirilib. Təlimdə müdafiə və hücum əməliyyatları qərargahlar tərəfindən planlaşdırılıb və qəbul edilmiş qərarlar kompüterlər üzərində icra edilib. Toplantıya cəlb edilmiş zabitlərdən müxtəlif ixtisas və fənlər üzrə məqbullar götürülüb.
Üçgünlük təlim toplantısı Təlim-Tədris Mərkəzində keçirilən yekun tədbir ilə başa çatıb. Toplantıya yekun vurulan zaman zabitlərin ixtisas hazırlığı və tabeliklərində olanların idarəetmə bacarıqları yüksək qiymətləndirilib.
Yekun tədbirdə çıxış edən Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev bildirib ki, hərbi qulluqçuların peşəkarlıqlarının artırılması məqsədilə məşğələ və təlimlər keçirilir. Bütün bunlar da hər zaman əli tətikdə, gözü hədəfdə olan hər bir hərbi qulluqçunun ən çətin döyüş tapşırığını vaxtında və dəqiq yerinə yetirməsində mühüm rol oynayır.
General-leytenant Kərəm Mustafayev bundan sonra da komandir hazırlığı üzrə təlim toplantılarının keçirilməsinin diqqət mərkəzində saxlanılacağını bildirərək tədbirə yekun vurub.

Nəriman NƏCƏFOV

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR