19 Noyabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2017-ci il tarixli, 870 nömrəli sərəncamı ilə təsdiq olunmuş planına əsasən 2017/2018-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya, elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir. Elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya seçdikləri sahədə elmi və ya elmi-­pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olanlar qəbul edilirlər. Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və elmi-pedaqoji kadrları sənəd verə bilər.

Fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qiyabi şöbəyə

Astrofizika və ulduz astronomiyası (2108.01) – 2 yer
Yarımkeçiricilər fizikası (2220.01) – 1 yer
Qeyri-üzvi kimya (2303.01) – 1 yer
Zoologiya (2401.01) – 1 yer

Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları (2507.01) – 1 yer
Bitkiçilik (3103.07) – 1 yer
Etnoqrafiya və etnologiya (5102.01) – 1 yer
Müəssisələrin təşkili və idarə olunması (5311.01) – 1 yer
Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası (5408.01) – 1 yer
Azərbaycan dili (5706.01) – 1 yer
Sami dilləri (5713.01) – 1 yer

Elmlər doktoru hazırlığı üzrə doktoranturaya qiyabi şöbəyə

Botanika (2417.01) – 1 yer
Müqayisəli tarixi və müqayisəli tipoloji dilçilik (5714.01) – 1 yer

Elmlər doktoru hazırlığı üzrə dissertanturaya, qiyabi şöbəyə

Botanika (2417.01) – 1 yer
Vətən tarixi (5503.02) – 1 yer
Fəlsəfə doktoru proqramı üzrə dissertanturada təhsil müddəti 4 il, elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturada əyani təhsil müddəti 4 il, qiyabi isə 5 ildir. Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya, elmlər doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərliyinin adına);
- kadrların şəxsi qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- iş yerindən xasiyyətnamə;
- 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı (və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktorluğuna sənəd verənlər üçün);
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- Fəlsəfə doktoru və ya elmlər namizədi elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti (elmlər doktorluğuna sənəd verənlər üçün);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Sənədlər 4 yanvar 2018-ci il tarixdən 22 yanvar 2018-ci il tarixədək aşağıdakı ünvanda qəbul ediləcək: AMEA Naxçıvan Bölməsinin əsas binası, 3-cü mərtəbə, Təhsil və kadrlar şöbəsi
Əlavə məlumat üçün əlaqə telefonu: (036) 544 65 97

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3288646
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
414
3080
414
73292
3288646

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter