Doktoranturaya fəlsəfə doktoru proqramı üzrə ödənişli əsaslarla


Ümumi iqtisadiyyat – 1 yer (əyani)
Etnopedaqogika – 1 yer (əyani)

Dissertanturaya ödənişli əsaslarla

Sistem analiz, idarəetmə və informasiyanın işlənməsi – 1 yer
Vətən tarixi – 1 yer
Azərbaycan dili – 1 yer

Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi – 2 yer
Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, dissertantlıq yolu ilə 4 ildir.
Doktoranturaya və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- “Naxçıvan” Universitetinin rektorunun adına ərizə;
- kadrların şəxsi qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- iş yerindən xasiyyətnamə;
- 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.
Doktoranturaya sənədlər 27 dekabr ­2017-ci il-15 yanvar 2018-ci il tarixlərdə qəbul edilir.
Qəbul imtahanları 16-30 yanvar 2018-ci il tarixlərdə keçiriləcəkdir.