18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına əyani təhsil üzrə 150 kursantın qəbulu üçün müsabiqə elan edir.
Müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu ən aşağısı 165 santimetr (qızlar üçün 160 santimetr), çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan (qızlar istisna olmaqla), buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (2018-ci ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq və çağırışçı olmayan) Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2018-ci ilin yanvar, aprel və iyul tarixli çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyənlər müsabiqəyə buraxılmırlar.

Sənədlərin qəbulu 2018-ci il yanvar ayının 18-dən fevral ayının 15-dək hər gün (bazar və bayram günləri istisna olmaqla) saat 1000-dan 1700-dək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar şöbəsində həyata keçiriləcəkdir. Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti);
- təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında Daxili İşlər Nazirliyinə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd (attestat);
- yaşayış yeri üzrə tibb müəssisəsindən Daxili İşlər Nazirliyinə təqdim olunması üçün sağlamlıq haqqında arayış;
- ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);
- oxuduğu təhsil müəssisəsi tərəfindən Daxili İşlər Nazirliyinə təqdim olunması üçün verilmiş xasiyyətnamə;
- 9x12 santimetr ölçüdə 2 ədəd, 4x6 santimetr ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).
Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları: 036-545-08-10 (155,156,160).
İlkin sənədləri Polis Akademiyasında təhsilə, eyni zamanda daxili işlər orqanlarında xidmətə uyğun gələn namizədlərə müvafiq forma ərizə-öhdəlik yazmaq təklif olunur və onlar abituriyent hesab edilirlər.
Abituriyentlər Daxili İşlər Nazirliyinin xüsusi həkim komissiyasında müayinədən, habelə fiziki hazırlıq və seçmə komissiyalarında nazirlik tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər oğlanlar üçün: turnikdədartınma – 6 dəfə; qaçış 100 metr məsafəyə – 15 saniyə və 1000 metr məsafəyə – 4 dəqiqə; qolların üzərindən bədənin döşəmədən qaldırılması – 18 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 18 dəfə; qızlar üçün: arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 18 dəfə; qaçış 100 metr məsafəyə – 19 saniyə və 1000 metr məsafəyə – 5 dəqiqə 30 saniyə).
Fiziki hazırlıq normativlərindən birini ödəyə, nazirliyin seçmə və ya tibb komissiyalarından keçə bilməyən abituriyentlər müsabiqədən kənarlaşdırılır. Komissiyaların işi ilə bağlı şikayətlərə nəticələr elan olunduğu vaxt abituriyentin komissiya sədrinə müraciəti olduqda baxılır.
Seçmə komissiyalarının vaxtı barədə məlumatlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin www.mia.gov.az və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin www.din.nmr.az internet saytlarında yerləşdiriləcəkdir.
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı III ixtisas qrupu fənləri üzrə qəbul imtahanlarına buraxılmaları üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilir. İmtahanlar Azərbaycan və rus dillərində keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə həmin Mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.
Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olunmuş kursantlar 14 avqust-13 sentyabr 2018-ci il tarixlərdə Akademiyada ilkin hazırlıq kursuna cəlb edilir, dərslər 15 sentyabrda başlamaqla tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 5 ildir.
Təhsil müddəti kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, oğlanlar və qızlar istisna olmadan Akademiyanın ərazisində yerləşən yataqxanada yaşayırlar.
Məzunlara Hüquqşünaslıq ixtisası, polis leytenantı xüsusi və ehtiyatda olan leytenant hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.
Ətraflı məlumatlar Daxili İşlər Nazirliyinin Polis Akademiyasının www.pa.edu.az internet saytında yerləşdirilmişdir.

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3287607
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2455
3637
25376
72253
3287607

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter