Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işaxtaran vətəndaşları Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Elektrik montyoru” peşəsi üzrə kurs keçməyə dəvət edir.
Tədris kursunun müddəti 2 aydır.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 2013-cü il iyunun 7-dək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim edə bilərlər:

             1. Yaşayış yerindən arayış
             2. Şəxsiyyət vəsiqəsinin surəti
             3. Tibbi yoxlama haqqında arayış

Əlaqə telefonu: (036) 545-32-33