20 Sentyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Əyani təhsil: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2018/2019-cu tədris ili üçün əyani təhsil üzrə qəbula namizədlər
- boyu 170 santimetrdən az olmayan,
- tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan,
- 15.09.2018-ci ilədək 17 ya­şı tamam olan,
- yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 15.09.2018-ci ilədək 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.
Akademiyaya qəbul olmaq arzusunda olanlar Fövqəladə Hallar Nazirliyinin Xüsusi həkim ekspertiza komissiyasından və Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilmiş qaydalara müvafiq olaraq fiziki hazırlıq və seçmə komissiyalarında sınaqdan keçməlidirlər.

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siya­hısı test imtahanlarında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.
Qəbul imtahanı test üsulu ilə I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir.
Test imtahanlarının keçirilməsi qaydaları ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında və kütləvi informasiya vasitələrində verilən elanlarda tanış olmaq olar.
Akademiyaya qəbul olunan şəxslər təhsil müddətində yemək, geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.
Akademiyada təhsil müddəti 4 ildir.
Tədris Azərbaycan dilində aparılır.
Akademiyanın məzunlarına müvafiq olaraq Yanğın təhlükəsizliyi mühəndisliyi və Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisasları üzrə bakalavr ali-peşə ixtisas dərəcəsi verilir. Onlar zabit və ya orta rəis heyəti rütbələri verilməklə Fövqəladə Hallar Nazirliyi sistemində vəzifələrə təyinat alırlar.
Akademiyaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- tərcümeyi-hal (abituriyentin şəxsən özü tərəfindən yazılmış);
- şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;
- hərbi biletin və ya hərbi xidmətə çağırış məntəqəsinə təhkimedilmə vəsiqəsinin əsli və notarial qaydada təsdiq olunmuş surəti;
- tam orta məktəbdən, işlədiyi təqdirdə iş yerindən və ya hərbi hissədən xasiyyətnamə;
- tam orta təhsil haqqında sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti, yaxud tam orta məktəbin buraxılış sinfində oxuması haqqında müəyyən olunmuş formada arayış;
- yaşayış yerindən arayış (daimi qeydiyyat yerində yaşamadığı halda);
- xüsusi həkim ekspertiza komissiyasına təqdim olunması üçün yaşayış yeri üzrə ruhi-əsəb, narkoloji, dəri-zöhrəvi, vərəm dispanserlərindən və QİÇS haqqında arayışlar, qeydiyyat yeri üzrə poliklinikaya son 5 il ərzində müraciətləri haqqında qısa epikriz;
- 4 ədəd 6x4 santimetr ölçüdə rəngli fotoşəkil (ağ fonda, tünd rəngli pencəkdə).
Sənədlər 2018-ci il aprelin 1-dən 30-dək (bazar günləri istisna olmaqla) saat 1000-dan 1700-dək Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində (Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi 25) qəbul ediləcək.

Əlaqə telefonu: (036) 545-41-66

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3041794
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3220
5384
19026
93125
3041794

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter