Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işaxtaran vətəndaşları Naxçıvan Regional Peşə Tədris Mərkəzində “ev xidmətçisi”, “bağban” və “ofisiant” peşələri üzrə kurs keçməyə dəvət edir.
“Ev xidmətçisi” peşə kursunun tədris müddəti 1 ay, “bağban” və “ofisiant” peşə kursunun tədris müddəti isə 2 aydır.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 2013-cü il iyulun 15-dək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə Məşğulluq mərkəzlərinə təqdim edə bilərlər:

           1. Yaşayış yerindən arayış
           2. Şəxsiyyət vəsiqəsinin surəti
           3. Tibbi yoxlama haqqında arayış

Əlaqə telefonu: 545-32-33