26 Avqust 2019, Bazar ertəsi

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gənc və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər arasında “Ailə dəyərlərimiz film və fotolarda” IV muxtar respublika yaradıcılıq müsabiqəsi elan edir.
Müsabiqədə Naxçıvan Muxtar Respublikasında yaşayan telejurnalist və rejissorlar, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, həvəskar və professional fotoqraflar iştirak edə bilərlər. Müsabiqə ən yaxşı film və ən yaxşı foto istiqamətləri üzrə keçirilir.
Müsabiqənin keçirilməsində məqsəd gənc ailələrdə ailə dəyərlərinin qorunub saxlanılmasını təbliğ etmək, ailə dəyərlərimizi film və fotolara köçürməklə yaşatmaq, film və fotolar vasitəsilə ailə dəyərlərimizə bağlı olan ailələrin adət-ənənələrini ictimaiyyətə, yeniyetmə və gənclərə təqdim etmək, ailə səadətinin açarı kimi ailə dəyərlərini işıqlandırmaq, gənclərdə və həvəskar şəxslərdə yaradıcılıq qabiliyyətini aşkara çıxarmaq və bədii zövqü inkişaf etdirməkdir.

Müsabiqədə yaradıcı qabiliyyəti olan hər bir gənc və digər yaş qrupundan olan yaradıcı və həvəskar şəxslər iştirak edə bilərlər.
Təqdim olunan materiallar müsabiqənin məqsədinə uyğun olmalı və şərtlərinə cavab verməli, ideya və kompozisiya orijinal olmalı, təqdim olunan iş asan qavranılmalı, təsirli və keyfiyyətli olmalıdır. Bu hallar əsas qiymətləndirmə meyarları sayılır.
Təqdim edilən filmlər CD formatda bir ədəd diskdə və beş dəqiqədən artıq olmalı, fotolar isə 5 ədəddən artıq olma­malı, bir ədəd diskdə CD formatda və ya 20x30 santimetr və daha böyükölçülü rəngli və ya ağ-qara kağız formatda təqdim edilməlidir.
Mövzular isə aşağıdakı kimidir:
- xalqımızın ailə dəyərləri, adət-ənənələri;
- ənənəvi ailə münasibətləri və ailə mədəniyyətinin təbliği;
- ailənin bütövlüyünü təşkil edən amillər və ailənin uzunömürlü olmasının sirləri;
- nümunəvi ailələrin təbliği, yeniyetmə və gənclərin yaşlı nəslə ehtiram və hörməti;
- ailə quran tərəflərin onun bütövlüyü üçün əzmkarlığı;
- qohum və erkən nikahların, zərərli vərdişlərin yaratdığı fəsadlar;
- övladını tək böyüdən nümunəvi valideynin fədakarlığı;
- qonaqpərvərlik ənənələrimizin təbliği və sair.
Müsabiqədə iştirak etmək istəyən şəxslər hazırladıqları film və ya fotoları, müvafiq anketi şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə 2019-cu il iyun ayının 28-dək Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər.
Müsabiqəyə təqdim edilmiş film və fotoların qiymətləndirilməsi Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş münsiflər heyəti tərəfindən keçiriləcək.
Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:
- Birinci yer (bir nəfər) – diplom və pul mükafatı (200 AZN)
- İkinci yer (bir nəfər) – diplom və pul mükafatı (150 AZN)
- Üçüncü yer (1 nəfər) – diplom və pul mükafatı (100 AZN)
- Həvəsləndirici yer (3 nəfər) – diplom və qiymətli hədiyyə
Yerlər film və fotolar üçün ayrılıqda təyin edilir.
Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev 42, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi.
Əlaqələndirici şəxs: Tarverdi Məmmədov, telefon: 545-39-75
Qeyd: Müsabiqəyə təqdim olunan materiallar geri qaytarılmır.

Naxçıvan Muxtar Respublikası 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4499159
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2006
6894
2006
163200
4499159

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter