Naxçıvan Dövlət Universitetində “Aqrar sahənin inkişaf istiqamətləri” mövzusunda elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikamızda kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlərdən, bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı naziri Bəhruz Bayramov “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı və perspektivləri” mövzusunda çıxış edərək muxtar respublikanın müasir sosial-iqtisadi inkişaf səviyyəsində kənd təsərrüfatının da yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib.
Diqqətə çatdırılıb ki, bütün bunlar aqrar sektorun sürətli inkişafını təmin etməklə yanaşı, kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini də stimullaşdırıb. Eyni zamanda aqrar sektora göstərilən diqqət onun muxtar respublika iqtisadiyyatında ümumi payının artmasına və əsas gəlirli sahələrdən birinə çevrilməsinə səbəb olub.
Sonra muxtar respublikanın İqtisadiyyat Nazirliyinin əməkdaşı Rəmzi Əlizadə “Dəyişən sosial-­iqtisadi mühit və aqrar problemlər”, Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutunun müəllimi, baytarlıq üzrə fəlsəfə doktoru Səhman Bayramov “Qoyunların helmintoz xəstə­liklərinə həssaslığı” mövzularında çıxış ediblər.
Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Badəm Məmmədova