Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının əsas sahəsi olan taxılçılığın inkişafına böyük önəm verildiyini nəzərə alaraq, fermer və torpaq mülkiyyətçilərinə kömək məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində taxılbiçən kombaynların 50 faiz güzəştlə lizinq yolu ilə satışı həyata keçirilir.

Bundan əlavə, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bütün bazalarında Naxçıvan Muxtar Respublikasının torpaq-iqlim xüsusiyyətlərinə uyğun xəstəliklərə, quraqlığa, şaxtaya, yatmaya və tökülməyə davamlı, yüksək kondisiyalı elit buğda toxumunun satışı təşkil edilir. Buğda toxumunun bir kiloqramının dəyəri 45 qəpikdir.
Maraqlananlar “Naxçıvan Aqrolizinq” ASC-nin bütün bazalarına müraciət edə bilərlər.

Əlaqə telefonları:

“Naxçıvan Aqrolizinq” ASC         545-15-69, 051-529-20-70
Babək bazası                               545-15-69, 051-529-20-70
Şərur bazası                                542-36-94, 050-644-54-60
Culfa bazası                                 060-554-16-25, 050-537-90-34
Kəngərli bazası                            050-434-48-43 
Sədərək bazası                             050-567-12-82
Ordubad bazası                           070-340-83-17
Şahbuz bazası                             050-385-56-62