18 İyul 2019, Cümə axşamı

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasında İnformasiya təhlükəsizliyi ixtisası üzrə əyani təhsilə 25 kursantın qəbulu üçün müsabiqə elan edir.
Müsabiqədə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində I ixtisas qrupunun fənləri üzrə keçirilmiş imtahandan 400-dən yuxarı bal toplamış, Azərbaycan dilini sərbəst bilən, boyu azı 170 santimetr, çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (2019-cu il avqust ayının 1-dək 16 yaşı tamam olacaq və çağırışçı olmayan) Azərbaycan Respublikasının vətəndaşları sırasından oğlanlar iştirak edə bilərlər.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2019-cu ilin iyul çağırışında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən vətəndaşlar müsabiqəyə buraxılmırlar.
Sənədlərin qəbulu 2019-cu il iyun ayının 8-dən 28-dək hər gün (bazar günləri istisna olmaqla) saat 1000-dan 1700-dək Daxili İşlər Nazirliyinin inzibati binasında həyata keçiriləcəkdir. Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti);
- təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında Daxili İşlər Nazirliyinə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd (attestat);
- yaşayış yeri üzrə tibb müəssisəsindən Daxili İşlər Nazirliyinə təqdim olunması üçün sağlamlıq haqqında arayış;
- ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);
- oxuduğu təhsil müəssisəsi tərəfindən Daxili İşlər Nazirliyinə təqdim olunması üçün verilmiş ­xasiyyətnamə;
- 9x12 santimetr ölçüdə 2 ədəd, 4x6 santimetr ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).
Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları: 036-545-08-10 (156,160,134)
İlkin sənədləri Polis Akademiyasında təhsilə, eyni zamanda daxili işlər orqanlarında xidmətə uyğun gələn namizədlərə müvafiq forma üzrə ərizə-öhdəlik yazmaq təklif edilir və onlar abituriyent hesab olunurlar.
Abituriyentlər Daxili İşlər Nazirliyinin xüsusi həkim komissiyasında müayinədən, habelə fiziki hazırlıq imtahanı və seçmə komissiyalarında nazirlik tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdədartınma – çəkisi 80 kiloqramadək olanlar üçün – 8 dəfə, 80 kiloqramdan yuxarı olanlar üçün – 6 dəfə; qaçış 100 metr məsafəyə –15 saniyə və 1000 metr məsafəyə – 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılıb endirilməsi– 20 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması– 20 dəfə).
Fiziki hazırlıq normativlərindən birini ödəyə bilməyən, nazirliyin seçmə və ya tibb komissiyalarından keçə bilməyən abituriyentlər müsabiqədən kənarlaşdırılırlar. Komissiyaların işi ilə bağlı şikayətlərə nəticələr elan olunduğu vaxt abituriyentin komissiya sədrinə müraciəti olduqda baxılır.
Seçmə komissiyalarının iş vaxtı barədə məlumatlar Daxili İşlər Nazirliyinin www.mia.gov.az internet saytında yerləşdiriləcəkdir.
Daxili İşlər Nazirliyi tərəfindən keçirilən sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilir və birinci mərhələdə buraxılış imtahanı fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun fənləri üzrə keçirilmiş test imtahanlarının nəticələrinə əsasən kursantlar seçilir.
İkinci mərhələnin ikinci imtahanının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmişdir. Abituriyentlər bu məqsədlə həmin mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.
Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olunmuş kursantlar 14 avqust-14 sentyabr 2019-cu il tarixlərdə akademiyada ilkin hazırlıq kursuna cəlb edilir, dərslər 16 sentyabrda başlamaqla tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 5 ildir.
Təhsil müddətində kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, akademiyanın ərazisində yerləşən yataqxanada yaşayırlar.
Məzunlara XTB050615 – informasiya təhlükəsizliyi ixtisası, “polis leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə, onlar daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4269823
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4422
6483
22988
101181
4269823

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter