21 Avqust 2019, Çərşənbə

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Müsabiqədə iştirak etmək istəyən şəxslər 1-30 avqust 2019-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Namizədlər elektron ərizəni təsdiq etmək üçün 70 manat məbləği “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ komissi­ya­­­­­­nın “Nax­çıvanbank” ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 900-dan 1230-dək və 1400-dan 1730-dək komissiyaya təqdim edilməlidir.
Müsabiqədə fiziki cəhətdən sağlam, yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Zabit vəzifələrinin tutulması üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ilk zabit hərbi rütbəsi almış 35 yaşınadək həqiqi hərbi xidmət keçmiş şəxslər, mülki vəzifələrin tutulması üçün 35 yaşınadək alitəhsilli şəxslər müraciət edə bilərlər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, əvvəllər az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdiyinə görə məhkum olunmuş şəxslər, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə xidmətdə işləməyə qadir olmayan, digər hüquq-mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara görə həmin orqanlardan xaric edilmiş şəxslər xidmətə qulluğa qəbul edilə bilməzlər.
Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.
Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar.
Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər ­komissiyaya gəlməklə müraciət edə bilərlər.

Maraqlananlar komissiyanın (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4466441
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
917
5561
9397
130482
4466441

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter