07 Aprel 2020, Çərşənbə axşamı

Hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hərraca çıxarılan əmlakın ilkin satış qiymətinin 10 faiz məbləğində beh Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindəki İcra Məmurlarının Xüsusi Vəsaitlər Fonduna 13 mart 2020-ci il tarixədək ödənilməlidir.

Hərraclarda iştiraka görə hərrac iştirakçılarından qanunvericilikdə müəyyən edilmiş iştirak haqqı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindəki AZ 21NABZ12360100000000005944 nömrəli hesabına köçürülür.
Sifarişlər Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində (Atatürk 42) qəbul olunacaqdır. Məlumat dərc olunduğu vaxtdan auksionda iştirak etmək arzusunda olan hüquqi və fiziki şəxslər satışa çıxarılan müəssisənin sənədləri ilə Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində tanış ola bilərlər.
Auksionda iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunur:
- Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi tərəfindən təsdiq edilmiş formada sifariş;
- ödəniləcək behin qəbzi;
- hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surəti;
- fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
Hərrac 17 mart 2020-ci il tarixdə saat 1100-da Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində keçiriləcək.

Əlavə məlumatı Auksion Mərkəzindən ala bilərsiniz.
Əlaqə telefonu: 545-01-38

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR