13 Noyabr 2019, Çərşənbə

Yeni il bayramı münasibətlə şəhərimizdəki mədəniyyət müəssisələri bir sıra tədbirlər keçirəcək. M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 1-5 yanvar tarixlərində “Xoş gəlmisən, yeni il” bədii-əyləncəli proqram təşkil olunacaq. Tədbir saat 1100 və 1400-də başlanacaq. Şaxta baba və Qar qız balacaların görüşünə gələcək, pro­qramda uşaqlar nağıl qəhrəmanları ilə görüşəcək, şən musiqi nömrələri isə tədbirə sevinc qatacaq.

*     *     *

Naxçıvan Dövlət Uşaq Teatrı da 1-5 yanvar tarixlərində saat 1100 və 1400-də “Şaxta babanın yuxusu” adlı səhnələşdirilmiş əyləncəli proqramla uşaqların görüşünə gələcək.

*     *     *

Naxçıvan Dövlət Filarmoniyasında isə 1-5 yanvar tarixlərində hər gün saat 1100-də “Yeni il şənlikləri” adlı musiqili-əyləncəli pro­qram təqdim ediləcək.
Yeni il şənliklərində uşaqlar üçün əyləncəli oyunlar, mahnı və rəqslər də hazırlanmışdır. Sizi mədəniyyət müəssisələrində təşkil olunacaq yeni il şənliklərinə dəvət edirik.

*     *     *

Naxçıvan Dövlət Film Fondunda məktəblilərin qış tətili günlərində 1 yanvar 2014-cü il tarixdən “Azərbaycanfilm” kinostudiyasında və xarici ölkələrin kinostudiyalarında istehsal olunmuş bədii, cizgi və qısametrajlı filmlər nümayiş etdiriləcək. Seanslar saat 1100-də başlanacaq. Məktəblilər Azərbaycan filmlərindən “Cin mikrorayonda”, “Gəmi saatının sirri”, “Qaladan tapılan mücrü”, “Biz qayıdacağıq”, “Ağ atlı oğlan”, “Sehrli xalat”, “Dolu” və xarici ölkələrdə istehsal olunmuş “Dost”, “Saat hələ vurur” kimi filmlərə baxa bilərlər.

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR