18 Sentyabr 2019, Çərşənbə

2014/2015-ci tədris ili üçün əyani təhsil üzrə kursant (müdavim) qəbulu qaydaları

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına “Yanğın təhlükəsizliyi mühəndisliyi” və “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə qəbul olmaq istəyən namizədlər boyu azı 160 santimetr, tam orta təhsilli və ya orta məktəbin buraxılış sinfində oxuyan, 16 yaşından yuxarı (“Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə isə 01.05.2014-cü il tarixinədək 17 yaşı tamam olan), yaxud müddətli həqiqi hərbi xidmət keçmiş və ehtiyatda olan 23 yaşınadək Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.

Namizədlər Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara müvafiq olaraq nazirliyin xüsusi həkim ekspertiza komissiyasında, həmçinin fiziki hazırlıq və seçmə komissiyalarında sınaq və yoxlamalardan keçməlidirlər.
Sınaq və yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin ərizələri rəsmiləşdirilir və onlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş cədvəl üzrə mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edirlər.
Qəbul imtahanı I ixtisas qrupuna daxil olan fənlər üzrə Azərbaycan və rus dillərində keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı qaydalarla Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında və “Abituriyent” jurnalında verilən elanlar vasitəsilə tanış olmaq mümkündür.
Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması, yataqxana ilə təmin olunur və təqaüd alırlar.
Təhsil müddəti 4 ildir və təhsil Azərbaycan dilində aparılır.
Akademiyanın məzunlarına “Yanğın təhlükəsizliyi mühəndisliyi”, “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə bakalavr dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilir, onlar Fövqəladə Hallar Nazirliyi sistemində müvafiq vəzifələrə təyin edilirlər.
Akademiyaya qəbul olunmaq istəyənlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
-tərcümeyi-hal;
-şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin dövlət notariusu tərəfindən təsdiq olunmuş surəti;
-tam orta təhsil haqqında sənədin  əsli və surəti, yaxud orta məktəbin buraxılış sinfində oxuması haqqında arayış;
-orta məktəbdən, iş yerindən və ya hərbi hissədən xasiyyətnamə;
-yaşayış yeri üzrə tibb müəssisəsindən sağlamlıq haqqında arayış;
-hərbi xidmətə çağırış məntəqəsinə təhkimedilmə vəsiqəsinin əsli və surəti;
-2 ədəd 9x12 sm ölçüdə, 4 ədəd isə 4x6 sm ölçüdə fotoşəkil (başıaçıq, rəngli).
Sənədlər aprelin 1-dən 30-dək (bazar günləri istisna olmaqla) saat 1000-dan 1700-dək  Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində (Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi 25) qəbul ediləcək.

Əlaqə telefonu: 545-41-66

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR