Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi qaydaları”na əsasən, fərdi birdəfəlik ödəmələrin alınması üçün müraciətlərin qəbulu üzrə müəyyən edilmiş müddətin başa çatmasına qısa vaxt qaldığını nəzərə alaraq, Əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzində ehtimal olunan sıxlığın, əmanətçilər arasında yarana biləcək mümkün narazılıqların aradan qaldırılması məqsədilə 2012-ci ilin dekabr ayının ikinci həftəsindən başlayaraq şənbə günlərində və 30 dekabr 2012-ci il tarixdə saat 900-dan 1800-dək, eyni zamanda 31 dekabr 2012-ci il tarixdə saat 900-dan 1400-dək Kapital Bankın yerli struktur bölmələrində və müvafiq məntəqələrində birdəfəlik ödəmələrin alınması ilə bağlı əmanətçilərdən ərizələrin qəbulu və birdəfəlik ödəmələrin verilməsi təmin olunacaqdır.

Mərkəzi Bankın 

Naxçıvan Muxtar Respublikası İdarəsi