Müsabiqədə iştirak etmək istəyənlər 2 aprel 2013-cü il tarixdən 2 may 2013-cü il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 23) müraciət edərək müraciət formasını doldurmalıdırlar. Sənədlər şəxsən (həftənin iş günləri saat 0900-dan 1230-dək və 1400-dən 1730-dək) təqdim edilməlidir.
Vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:

• şəxsiyyəti təsdiq edən sənəd
• ali təhsil haqqında sənədlər
• əmək kitabçası və ya surəti (olduğu təqdirdə)
• 2 ədəd ağ fonda rəngli fotoşəkil ( 3 x 4 ölçüdə)
Müsabiqə test imtahanı və müsahibədən ibarətdir.

 Müsabiqəyə çıxarılan vakant yerlər: 306








Müsabiqə ilə bağlı ətraflı məlumat almaq üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət etmək olar.

Əlaqə telefonu: 545-65-71