25 İyun 2019, Çərşənbə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey 2019-2020-ci tədris ili üçün VII sinfə oğlan şagirdlərin qəbulunu elan edir. Liseyə qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur:
1. Şəxsiyyət vəsiqəsinin surəti
2. 3x4 santimetr ölçüdə 2 ədəd fotoşəkil
3. Valideynin ərizəsi
4. Təhsil aldığı məktəbdən arayış
Sənədlər 1 aprel 2019-cu il tarixdən 30 aprel 2019-cu il tarixədək saat 900-dan 1800-dək Şərur Şəhər Fizika­-Riyaziyyat Təmayüllü Liseyin tədris korpusunda qəbul edilir.
İmtahan 18 may 2019-cu il tarixdə saat 1000-da Naxçıvan Dövlət Texniki Kollecinin binasında keçiriləcəkdir.
İmtahana buraxılış vərəqələrini 10 may 2019-cu il tarixdən 17 may 2019-cu il tarixədək Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin tədris korpusundan əldə edə bilərsiniz.
Qeyd: Liseyə qəbul olmaq istəyən şagirdlər Azərbaycan dili, ingilis dili, riyaziyyat, fizika, biologiya, tarix və coğrafiya fənlərindən imtahan verəcəklər.

Ünvan: Şərur şəhəri, Sabir küçəsi 26
Əlaqə nömrələri: (036) 542-31-63
(036) 542-30-76

Naxçıvan şəhərindəki Mərkəzi bazarda və rayon mərkəzlərində martın 16-dan 24-dək Novruz yarmarkası keçiriləcəkdir. Yarmarkaya muxtar respublikadakı ailə təsərrüfatları, sənaye və istehsal müəssisələri tərəfindən müxtəlif çeşidli bol məhsullar çıxarılacaq.
Muxtar respublika əhalisini bayram yarmarkasına dəvət edirik!

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri

Qeyd: Fevral ayında texniki itki nəzərə alınmaqla daxil olan 21 milyon 609 min kilovat-saat elektrik enerjisinin dəyəri 1 milyon 769 min 200 manat olmuş, cəmi 1 milyon 773 min 300 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,2 faizini təşkil edir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Bəstəkarlar Təşkilatının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “Səni tərənnüm edirəm, doğma Naxçıvan!” devizi altında mahnı müsabiqəsi keçiriləcəkdir. Müsabiqənin əsas məqsədi qədim diyarımız Naxçıvanın təbiətini, maddi-mənəvi zənginliklərini, yetirdiyi dahi şəxsiyyətləri tərənnüm edən yeni mahnıların yazılmasıdır. Müsabiqədə professional və həvəskar bəstəkarlıqla məşğul olan yaşı 18-dən yuxarı şəxslər iştirak edə bilərlər.
Bir turdan ibarət olan müsabiqənin qaliblərinin mükafatlandırılması üçün professional və həvəskar bəstəkarlar nominasiyaları olmaqla, hər biri üzrə bir I yer, bir II yer və bir III yer təsis edilmişdir. Qaliblərin mükafatlandırılması üçün I yer – 1000 AZN, II yer – 500 AZN, III yer – 250 AZN mükafat fondu ayrılmışdır.
Müsabiqədə iştirak etmək istəyənlər 2019-cu il sentyabr ayının 10-dək Təşkilat Komitəsinə ərizə ilə müraciət edə bilərlər (Telefon: 036-545-02-54). Musiqi əsərlərinin notu çap şəklində ərizəyə əlavə olunmalıdır.
Müsabiqə zamanı bəstəkar əsərləri solist və ya xorun ifasında canlı olmaqla hər hansı orkestr, ansambl və ya konsertmeysterin müşayiəti ilə təqdim edilməlidir. Müsabiqənin 2019-cu il oktyabr ayının ikinci yarısında Naxçıvan şəhərində keçirilməsi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi
Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4130974
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3778
4356
8134
94574
4130974

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter