26 Avqust 2019, Bazar ertəsi

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhəri, Xətai küçəsi 6 ünvanında yerləşən “Xidmət” ATSC-nin inzibati binasında 16 may 2014-cü il tarixdə saat 1100-də səhmdarların ümumi yığıncağı keçiriləcəkdir.
Yığıncağın gündəliyində aşağıdakı məsələlər durur:
    1. Səhmdarların ümumi yığıncağının keçirilməsi reqlamentinin təsdiqi
    2. Cəmiyyətin 2013-cü ildə maliyyə-təsərrüfat fəaliyyətinə dair idarə heyəti sədrinin hesabatı
    3. İdarə heyətinin seçilməsi
    4. Təftiş komissiyasının seçilməsi
    5. 2014-cü ildə cəmiyyətin fəaliyyət proqramına baxılması
    6. Sair məsələlər.

İdarə heyəti

Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə 2014-2015-ci tədris ili üçün tələbə qəbulu qaydaları

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 santimetr, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatda olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları sırasından seçilirlər.
Abituriyentlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış fiziki hazırlıq, hərbi həkim və mandat komissiyalarında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma – 6 dəfə, 100 metr məsafəyə qaçış – 15 saniyə və 1000 metr məsafəyə – 4 dəqiqə, qolların üzərində bədənin döşəmədən qaldırılması – 18 dəfə, arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 18 dəfə).

Ardını oxu...

2014-cü il üçün kotirovka elan edir

1.Yaz-yay mövsümü üçün əşya əmlaklarının satın alınması
Kotirovka 15 aprel 2014-cü il tarixədək qəbul edilir. Sorğuda aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, texniki, iqtisadi və maliyyə imkanlarına malik olması göstəricilərinə üstünlük veriləcəkdir. Kotirovka zərfi 16 aprel 2014-cü il tarixdə saat 1100-də Naxçıvan Muxtar Respublikası  Fövqəladə Hallar Nazirliyində açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Əlaqələndirici şəxs: Cabbarov Murad Rasim oğlu
Telefon/faks: 544-48-34
Ünvan: Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli Qanununa əsasən, fiziki şəxslərə məxsus daşınmaz əmlak (yaşayış evləri, mənzillər və tikililər) icbari qaydada sığorta olunmalıdır.
Daşınmaz əmlakın icbari sığortası – yanğın, zəlzələ, qasırğa, sel, daşqın, yer sürüşməsi, qaz partlayışı, elektrik naqillərində baş verən qısaqapanma, su, kanalizasiya, istilik sistemlərinin qəzası və digər hadisələr nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı vətəndaşlara dəyən zərərin ödənilməsinə təminat verir.
Yaşayış evləri və mənzillərin icbari sığorta məbləğləri və sığorta haqları aşağıdakı miqdarda müəyyən edilmişdir:
1. Naxçıvan şəhəri üzrə
– sığorta məbləği – 20000 manat
– sığorta haqqı – 40 manat
2. Digər rayon və şəhərlər üzrə
– sığorta məbləği – 15000 manat
– sığorta haqqı – 30 manat
Daşınmaz əmlakın icbari sığortası rayon (şəhər) Dövlət Sığorta agentliklərində aparılır.
Daşınmaz əmlakını icbari qaydada sığorta etdirməyən vətəndaşlardan xahiş olunur, onlara məxsus yaşayış evlərini, mənzilləri icbari qaydada sığorta etdirsinlər.

Naxçıvan Muxtar Respublikası
Dövlət Baş Sığorta Agentliyi Sizin etibarlı təminatçınızdır!

Əlaqə telefonları: 545-94-60, 545-14-58

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4499159
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2006
6894
2006
163200
4499159

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter