16 Sentyabr 2019, Bazar ertəsi

Naxçıvan Dövlət Universiteti aşağıdakı kafedralar üzrə boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir

Fakültə dekanı vəzifəsini tutmaq üçün
1. İqtisad fakültəsi
Kafedralar üzrə kafedra müdiri vəzifəsini tutmaq üçün
1. Botanika
2. Ümumi tarix
3. Təməl – tibb fənləri
Kafedralarda boş olan vəzifələri tutmaq üçün

Ardını oxu...

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi (DMSTK)

Naxçıvan Muxtar Respublikasında Selə Qarşı Tədbirlər, Suvarılan Ərazilərin Modernləşdirilməsi və Genişləndirilməsi Layihəsi

İxtisas Uyğunluğuna Dəvət No: AZ0037&38/PQ03
Vayxır Sol Sahil Suvarma Sistemlərinin Modernləşdirilməsi
Azərbaycan Hökuməti İslam İnkişaf Bankından Naxçıvan Muxtar Respublikasında Selə Qarşı Tədbirlər, Suvarılan Ərazilərin Genişləndirilməsi və Modernləşdirilməsi Layihəsi üçün İstisna krediti almışdır. Bu kreditin bir hissəsi Vayxır Sol Sahil Suvarma Sistemlərinin Modernləşdirilməsinə ayrılmışdır.
Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi aşağıdakıların tikintisi üçün ixtisaslı podratçıları və / və ya / firmaları işə cəlb etmək niyyətindədir:
– Babək rayon Nehrəm kəndi və Culfa rayon Bənəniyar kəndində 2000 hektar kənd təsərrüfatı ərazisinin suvarılması üçün təxminən 253 km plastik boru şəbəkəsinin tikintisi.
İxtisas uyğunluğu, İslam İnkişaf Bankının “Malların və İşlərin Satınalınması Təlimatı”nda göstərilmiş olan ixtisas uyğunluğu proseduruna uyğun həyata keçiriləcək və təlimatda göstərilmiş olan üzv ölkələrdən olan bütün iddiaçılar üçün açıqdır.
İcra müddəti 24 aydır.

Ardını oxu...

Qeyd: Fevral ayında texniki itki nəzərə alınmaqla daxil olan 23 milyon 719 min kilovat-saat elektrik enerjisinin dəyəri 1 milyon 423 min 100 manat olmuş, cəmi 1 milyon 426 min 500 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,2 faizini təşkil edir.

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul olmaq arzusunda olan şəxslər üçün müsabiqə elan edir. Müsabiqədə (ixtisas imtahanlarında) ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Vəkilliyə namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, vəkil vəzifəsinə yararlı və layiqliliyinin müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə testdən və şifahi müsahibə imtahanlarından ibarət ixtisas imtahanları keçiriləcək, ixtisas imtahanlarını müvəffəqiyyətlə vermiş namizədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimdə iştirak edəcəklər. Xarici dilləri, kompyuter proqramlarını mükəmməl bilən namizədlərə üstünlük veriləcəkdir.

Ardını oxu...

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR