Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə qərara alıram:
1. Ordubad rayonunda icbari tibbi sığorta tətbiq edilsin.
2. Ordubad Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilsin.