16 Sentyabr 2019, Bazar ertəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Dövlətimizin başçısı yüksək səviyyəli səfərlərin əməkdaşlığın müxtəlif sahələri ilə bağlı fikir mübadiləsinin aparılması üçün yaxşı imkan yaratdığını bildirib və parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini deyib. Prezident İlham Əliyev Braziliya nümayəndə heyətinin böyük tərkibdə Azərbaycana səfərindən məmnunluğunu bildirərək iqtisadi, sərmayə qoyuluşu, turizm, mədəniyyət, kənd təsərrüfatı, aviasiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Maya, öz növbəsində, qeyd edib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığımızın inkişafında mühüm rol oynayır və parlamentlərarası əlaqələr xalqlarımızın bir-birini daha yaxşı tanımasına xidmət edir. Qonaq ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu deyib.
Söhbət zamanı BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlığın önəmi qeyd olunub.

AZƏRTAC

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR