27 Noyabr 2020, Cümə

Noyabrın 24-də “Naxçıvan” Universitetində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “BMT” simulativ debatı  keçirilib. Debatda  BMT-nin üzvü olan 17 ölkəni təmsil edən universitet tələbələrinin  “Dağlıq Qarabağ”   mövzusunda fikirləri dinlənilib.

Sonda debatda fəal iştirak edən tələbələr “Ən yaxşı debatçı” və “Ən yaxşı təmsilçi” nominasiyaları üzrə mükafatlandırılıblar.

Məhərrəm HƏSƏNOV 

“Naxçıvan” Universitetinin IV kurs tələbəsi 

 

 

 

 

 

Naxçıvan Dövlət Texniki Kollecində “Təhsildə innovasiya: STEAM təhsil metodu və onun əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı yüksəkixtisaslı kadr hazırlığı ilə yanaşı, innovasiyaların yaradılması istiqamətində də yeni vəzifələr müəyyənləşdirib. Sərəncam təhsilin inkişafında yeni mərhələnin əsasını qoyub, təhsil müəssisələrində yaradıcı düşüncəni və inkişafa xidmət edən layihələrin hazırlanmasına və tətbiqinə geniş imkanlar açıb. Bunun nəticəsidir ki, muxtar respublikada təhsilin inkişafı, innovativ təhsil üsullarının tətbiqi istiqamətində “İnnovativ dərnəklər”, “Sabahın tədqiqatçıları”, “Sabahın müəllimi”, “İnteraktiv dərs”, “Nümunəvi dərs”, “Distant təhsil” layihələri tətbiq edilir.

Ardını oxu...

Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi münasibətilə Naxçıvan Dövlət Universitetinin “Magistr” ixtisası üzrə I kurs tələbələri Culfa rayonu Əlincə kəndi ərazisində yerləşən Əlincə qalaya zəfər yürüyüşü ediblər.

Ardını oxu...

“2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində idman klubları yaradılıb. Noyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində idman klublarının təqdimatı keçirilib. 

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində ümumtəhsil müəssisələrində 33 futbol, 16 minifutbol idman meydançası, 196 idman zalı və açıq idman qurğuları, şahmat sinifləri şagird və müəllimlərin ixtiyarına verilib. Şahmat məktəbləri 67 kompüter və 9 elektron lövhə, həmçinin şahmatla bağlı elektron tədris vəsaitləri ilə təchiz olunub, şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası aparılıb, 505 müəllim sertifikatla təmin edilib.

Ardını oxu...

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələri üçün hamiliklə bağlı “Milliyətimizi, dini inancımızı və müasirliyimizi təcəssüm etdirən dövlət bayrağımız” mövzusunda açıq dərs keçilib.
Dərsi giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva əvvəlcə Azərbaycan Ordusunun zəfər yürüşünün parlaq qələbə ilə nəticələnməsi münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Qeyd edilib ki, mənəviyyatımızın, azad və müstəqil milli düşüncəmizin ən şanlı təcəssümü olan Azərbaycan bayrağı 1990-cı il noyabrın 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb.

Ardını oxu...

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR