22 Oktyabr 2019, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində “Kimya elminə müasir baxış” adlı elmi konfrans keçirilib.
Konfransda çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkəmizdə kimya elminin inkişafından bəhs edib, son illər qazanılan uğurlar barədə danışıb.
“Bəzi aminturşular və onların qarışıq funksiyaları törəmələrinin əsasında birləşmənin quruluşu – inhibitor effekti asılı­lığının tədqiqi” adlı çıxışında universitetin Kimya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Tofiq Əliyev korroziya proseslərindən söz açıb. Qeyd edib ki, əksər metallar korroziya nəticəsində dağılaraq vaxtından əvvəl sıradan çıxır. Bu da sonda külli miqdarda dövlət vəsaitinin itirilməsinə gətirib çıxarır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Kimya elminə müasir baxış” adlı respublika elmi konfransı keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov iştirakçıları salamlayıb və ölkəmizdə kimya sahəsində qazanılan uğurları vurğulayıb. Konfransda  Kimya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor Tofiq Əliyev korroziya proseslərinin qarşısını almaq üçün səmərəli üsullardan danışıb.

Fizika üzrə elmlər doktoru, AMEA Fizika İnstitutunun professoru İmaməddin Əmiraslanov isə  “Kristallar, kvazikristallar və türk sənəti” mövzusunda   çıxış edib. Diqqətə çatdırılıb ki, kvazikristalların kəşfi 2011-ci ilin kimya üzrə Nobel mükafatına layiq görülüb. Həm də bizim üçün çox qürurvericidir ki, kvazikristal prinsipli olduğu təsdiqlənmiş ən qədim aperiodik ornament məhz Azerbaycanın Marağa şəhərindəki octaqonal prizma formalı “Gunbad-i Kabud” məqrəbəsinin divarlarını bəzəyir.

Səadət Əliyeva

Mən kitab oxumağı çox sevirəm. Çünki bilmədiyim, öyrənmək istədiyim hər bir məlumatı kitablardan əldə edirəm. Oxuduğum kitablar arasında təkcə dərsliklərim deyil, bədii kitablar da var. Çünki biz şagirdlərin hərtərəfli formalaşmasında bədii kitabların rolu əvəzolunmazdır. Elə bu məqsədlə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən əsərlər bizim üçün ən böyük örnəkdir. Bu siyahı, sanki biz məktəblilər üçün bir kitabxanadır.
Biz şagirdlər bu əsərləri oxuduqca Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrini, keçmiş, habelə indiki və gələcək nəsillər üçün öz əhəmiyyətini itirməyən, dərin məna kəsb edən əsərlərin müəlliflərini yaxından tanıyırıq. Məsələn, mən bilirəm ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında ən görkəmli ədiblər sırasında olmuş, acgöz, yaltaq, savadsız və ədalətsiz insanları tənqid etmək məqsədilə bir sıra hekayələr, povestlər və dram əsərləri yazmışdır. Yazıçı cəhalət dərdinin yeganə dərmanını elmdə görürdü.
“Quzu” hekayəsində “Poçt qutusu”ndakı Novruzəli obrazının tam əksi olan Məmmədhüseynin çoxbilmişliyi ilə pul qazana bilməsinin o dövr üçün adi hal olmasından, “Sirkə” hekayəsində bir ədibin Bakıya gəlməsilə qarşılaşdığı hadisələr və onun buranın adət-ənənələrinə uyğunlaşa bilməməsindən, “Qurbanəli bəy” hekayəsində acgözlük, kobudluq rəmzi və əsl gülüş mənbəyi olan Qurbanəli bəyin alçaq həyat tərzindən bəhs olunur. “Saqqallı uşaq”, “Poçt qutusu” hekayələrini oxuduqca güclü yumor hissi ilə rastlaşdım. Bu əsərlərdə müəllif avam, zavallı insanların düşdükləri vəziyyətləri yumoristik şəkildə qələmə alsa da, əslində, onlara ürəkdən acıdığını, sevgi və mənəvi bağlılıq göstərdiyini dərk etdim.
Ədibin hekayələrini oxuduqca yeni kəndlərlə tanış oldum, bu kənd­lərin reallıqda olmadığını, sadəcə, müəyyən mənalar ifadə etdiyini də öyrəndim.
Cəlil Məmmədquluzadənin əsərləri bu gün də böyük maraqla oxunur. Çünki ömrü boyu xalqının taleyi, düşüncə kasıblığı onu narahat edib. Mən əminəm ki, bizdən sonrakı nəsillər də Cəlil Məmməd­quluzadənin hekayələrini sevə-sevə oxuyub öyrənəcəklər.

Pərvin YUSİFLİ
Ordubad rayon Nüsnüs kənd tam orta məktəbinin IX sinif şagirdi

Dünən Babək Rayon Mədəniyyət Sarayında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar yeniyetmələr arasında oxunması zəruri olan kitablar əsasında “Nə? Harada? Nə zaman?” intellektual oyununun Babək rayon birinciliyi keçirilib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsəd­xanasında Naxçıvan Dövlət Universitetinin Fizika ixtisasının I və II kurs tələbələrinin iştirakı ilə “Fizikanın və astronomiyanın müasir problemləri” mövzusunda elmi seminar keçirilib.

Ardını oxu...

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR