20 Sentyabr 2020, Bazar

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun 2016-cı ilə olan hesabat tədbirini bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev il ərzində adıçəkilən elm müəssisəsində görülən işlərdən danışıb. Bildirib ki, 2016-cı ilin elmi-tədqiqat işlərinin planına əsasən, 1 prоblem üzrə 1 mövzunu əhatə edən 5 iş 16 mərhələdə yerinə yetirilib.
Qeyd olunub ki, hesabat dövründə nəşr olunan monoqrafiya və kitabların sayı artıb, elmi əsərlərin keyfiyyət və kəmiyyətinə ciddi fikir verilib. Əgər 2015-ci ilin hesabat dövründə əməkdaşların 151 elmi əsəri nəşr olunmuşdusa, 2016-cı ilin hesabat dövründə onların 158 elmi əsəri çap edilib. 2015-ci ildə 3 monoqrafiya, 3 kitab nəşr olunubsa, bu il bu rəqəm də artıb. Belə ki, hesabat ilində 1-i xaricdə olmaqla, 8 monoqrafiya və 5 kitab çap olunub. Haliyədə isə 5 monoqrafiya çapa hazırlanır. Cari ildə 10 əməkdaşın müxtəlif mətbuat orqanlarında 109 qəzet məqaləsi dərc olunub. Əsərlərdən 23-ü xaricdə çapdan çıxıb. Həmin əsərlərdən 13-ü xaricdə olmaqla, 59-u beynəlxalq kodlu jurnallarda işıq üzü görüb.

Ardını oxu...

Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli institutun il ərzində gördüyü işlərdən və qazanılmış uğurlardan danışıb. Bildirib ki, 2016-cı ildə institutda “Naxçıvan tarixinin tədqiqi”, “Naxçıvanın ictimai-siyasi və sosial-iqtisadi tarixinin öyrənilməsi”, “Naxçıvanın tarixi, maddi və mənəvi mədəniyyətinin tədqiqi” istiqamətlərini əhatə edən 6 iş üzrə 14 mərhələdə elmi-tədqiqat işləri aparılıb.
Hеsаbаt ilində Аzərbаycаnın ayrılmaz tərkib hissəsi оlan Naxçıvan Muхtаr Rеspublikаsı ərаzisinin qədim (ən qədim zamanlardan e.ə IV minillik) və ortа əsrlər dövrünün tаriхinin, Kəngərli tayfalarının mənşəyinin, böyük güclərin Cənubi Qafqaz siyasəti və Naxçıvan amilinin, bölgənin ХХ əsr tаriхinin bir sırа prоblеmlərinin аrаşdırılması, Nахçıvаnın аrхеоlоgiyаsı, еtnоqrаfiyаsı və epiqrafikasına dаir tədqiqаtlаr da görülən işlər sırasındadır.
Vurğulanıb ki, iş planına uyğun olaraq “Naxçıvan şəhərinin epiqrafik abidələri”, “Xalçalar üzərindəki təsvirlər (XVIII-XIX əsrlər)”, “Naxçıvanın XII əsr tarixi müasir tarixşünaslıqda”, “Nахçıvаnın yеni və ən yеni dövr tаriхinin tədqiqi”, “Nахçıvаnın etnoqrafik tədqiqi”, “Cənubi Qafqazın təhlükəsizlik problemləri: etnik-milli münaqişələrin ortaya çıxmasında geosiyasi maraqlar və bu maraqlarda Naxçıvanın yeri” işləri üzrə aparılan araşdırmalar da müəyyən elmi nəticələri ortaya qoyub.

Ardını oxu...

Bu gün müasir dünyada baş verənlər sərbəst düşünmək və fəaliyyət göstərmək qabiliyyətinə yiyələnmiş, müstəqil həyata hazır olan insanların yetişdirilməsi zərurətini meydana çıxarır. Çünki bir çox taleyüklü vəzifələr yaxın gələcəkdə bugünkü gəncliyin öhdəsinə düşəcəkdir. Elə bu səbəbdəndir ki, muxtar respublikamızın ali, orta ixtisas və orta təhsil müəssisələrində olduğu kimi, məktəbəqədər təhsil ocaqlarında da tərbiyə və təlim işinin düşünülmüş sistemi yaradılmaqdadır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına əsasən, Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası Daxili İşlər Nazirliyinin hamiliyinə verilib. Həmin ixtisasda təhsil alan IV kurs tələbələri Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsində, İstintaq və Təhqiqat, Pasport, Qeydiyyat və Miqrasiya, Mühafizə şöbələrində və Kriminalistik Tədqiqatlar Bölməsində adıçəkilən qurumların iş prosesi ilə tanış olublar.
Onlara yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, cinayət işlərinin istintaqı, hadisə yerinin müayinəsi, itkin düşmüş şəxslərin və naməlum meyitlərin şəxsiyyətinin müəyyən olunmasında DNT tədqiqatının imkanlarından istifadə qaydaları, kriminalistik vasitələrdən istifadə, biometrik pasportların verilməsi və mülkiyyətin mühafizəsi qaydaları izah edilib.
Tələbələrlə görüşdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov bildirib ki, son illərdə muxtar respublikada qanunçuluğun, ictimai asayişin qorunması üçün müxtəlif tədbirlər həyata keçirilib. Bunun nəticəsidir ki, regionda cinayətlərin sayı kəskin şəkildə azalıb. Naxçıvan şəhərində, eləcə də muxtar respublika ərazisində quraşdırılmış müşahidə kameraları vasitəsilə həm yol-nəqliyyat hadisələrini, həm də baş verən istənilən cinayət hadisəsini qısa müddətdə aşkarlamaq mümkündür.

Ardını oxu...

Türkiyənin müxtəlif muzey və kitabxanalarında XIII əsrdə yaşamış görkəmli Azərbaycan alimi Hinduşah ibn Səncər Naxçıvaninin “Əs-Sihəhül Əcəmiyyə” adlı farsca-türkcə lüğətinin əlyazma nüsxələri qorunub saxlanılır.

Bu günlərdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Türkiyənin İstanbul şəhərinin Süleymaniyə Kitabxanasından və Topqapı Sarayı Muzeyindən Hinduşah ibn Səncər Naxçıvani tərəfindən XIII əsrin sonlarında fars və türk dillərində qələmə alınan “Əs-Sihəhül Əcəmiyyə” adlı əlyazmanın XV əsrə aid iki nüsxəsinin fotosurətlərini əldə edərək bölməyə gətirib.
Tədqiqata cəlb olunan əlyazmanın bir nüsxəsi 108 səhifədən, o biri nüsxəsi isə 77 səhifədən ibarətdir. Qeyd edək ki, əsər təkcə lüğət olmamış, eyni zamanda Qafqaz, Anadolu, Balkanlar və Yaxın Şərq mədrəsələrində dərs vəsaiti kimi də istifadə edilib. Buna görə də dünyanın müxtəlif kitabxana və muzeylərində sözügedən əsərin bu günə kimi 100-ə qədər nüsxəsi mühafizə olunmaqdadır.
Məlumat üçün onu da qeyd edək ki, həmin əlyazmaların fotosurətləri AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun materialları sırasına daxil edilib.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR