20 Sentyabr 2020, Bazar

Naxçıvan Muxtar Respublikasında yeni təhsil müəssisələrinin tikilməsi, fənn kurikulumları və təhsil standartlarının tətbiqi, informasiya-kommunikasiya texnologiyalarına təlim prosesində geniş yer ayrılması, milli-mənəvi irsimizin öyrənilməsi üçün interaktiv əlaqələrin təşkili, nümunə dərslərinin tədrisi, distant təhsilin reallaşdırılması təhsil sahəsində uğurların qazanılmasına şərait yaratmışdır.
Tikilən və ya əsaslı şəkildə yenidən qurulan bütün təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblər ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuşdur. Ümumtəhsil məktəblərində 635 elektron lövhə quraşdırılmış və təhsil müəssisələrinə 3801 dəst kompüter verilmişdir ki, onların da 2966-sı internet şəbəkəsinə ­qoşulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 20 iyun 2014-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrası nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində milli-mənəvi dəyərlərimizi özündə əks etdirən muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr yaradılır ki, bu da şagirdlərin biliklərinin və milli-mənəvi irsimizə marağının artırılmasında mühüm rol oynayır. 2015-2016-cı tədris ili ərzində Heydər Əliyev Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və digər muzeylərlə ümumtəhsil məktəbləri arasında canlı bağlantılar yaradılaraq dərslər keçirilmişdir.

Ardını oxu...

ADA Universiteti tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən ixtisasartırma kurslarının ikinci mərhələsinə yekun vurulub.
Kursun birinci günü ADA Universitetinin müəllimi Şəmsiyyə Mustafayeva idarənin diplomatik heyət üzrə əməkdaşlarına ünsiyyət bacarıqları, qeyri-şifahi ünsiyyət, mədəniyyətlərarası ünsiyyət, mədəniyyətlərarası ünsiyyətdə maneələr, komanda işi və motivasiya, komanda əsasları, komanda motivasiyası məsələləri barədə danışıb.
Kursun ikinci günündə ADA Universitetinin hökumət, beynəlxalq münasibətlər və tələbə məsələləri üzrə prorektoru Fariz İsmayılzadə iştirakçılara Azərbaycan Respublikasının Avropa Birliyi və Amerika Birləşmiş Ştatları ilə ikitərəfli münasibətlərindən, kursun üçüncü günündə isə ADA Universitetinin İctimai və beynəlxalq əlaqələr fakültəsinin dekanı Elnur Sultanov kommersiya (ticarət) diplomatiyası və Azərbaycanın regiondakı geosiyasətindən bəhs ediblər.
Kursun üçüncü günündə yekun qiymətləndirilmədən sonra idarənin 13 əməkdaşına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, ADA Universiteti tərəfindən bu qəbildən kurslar 2007-ci ildən keçirilir. Naxçıvan Muxtar Respublikasında isə belə tədbir ilk dəfə bu il təşkil edilib. Kursun birinci mərhələsi sentyabr ayında keçirilib, ikinci mərhələyə isə oktyabrın 9-da yekun vurulub. Bu kursda diplomatiya və digər istiqamətlərlə yanaşı, konsulluq məmurlarının əsas vəzifə və məsuliyyətləri haqda da ətraflı söhbət açılır.

Xəbərlər şöbəsi

Naxçıvan Dövlət Universitetində 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş elmi konfrans keçirilib.
Elmi işlər üzrə prorektor, dosent Mübariz Nuriyev müəllimləri bayram münasibətilə təbrik edərək bu peşənin müqəddəsliyindən və məsuliyyətindən danışıb.
Qeyd olunub ki, Azərbaycanda müəllim kadrlarının hazırlanması və təkmilləşdirilməsi işi daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə mühüm işlər ­görülür.
Sonra Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Elbəyi Maqsud­ovun “Müasir dərs və müəllim-tələbə münasibətləri”, Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Vahid Rzayevin “Müəllimlik şərəfli peşədir” adlı məruzələri dinlənilib.
Məlumat üçün bildirək ki, YUNESKO-nun qərarına əsasən 1966-cı ildən etibarən hər il ok­tyabrın 5-i Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur

Nərmin Cabbarova

25-29 sentyabr 2016-cı il tarixlərdə İsveçin Upsala Universitetində “Azərbaycanda doktorantura təhsilinin vahid Avropa ali təhsil məkanının standartlarına uyğunlaşdırılması və strukturlaşdırılması” (“Nizami”) layihəsinin üçüncü seminarı keçirilib. Qeyd edək ki, layihənin ilkin işçi görüşü 6-10 dekabr 2015-ci il tarixlərdə Fransanın Monpelye Universitetində baş tutub.
Seminarın keçirilməsində əsas məqsəd bir il ərzində görülən işlərin müzakirəsi və gələcək fəaliyyət planının müəyyənləşdirilməsindən ibarət olub. Seminarda layihənin tərəfdaşları olan Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Azərbaycan Memarlıq və İnşaat, Dövlət İqtisad, Bakı Dövlət, Naxçıvan Dövlət, Dövlət Aqrar, Xəzər, Texniki, Dillər universitetlərindən, Avropadan isə 4 ali təhsil müəssisəsindən nümayəndələr iştirak ediblər.

Ardını oxu...

“Müstəqil Azərbaycanın bu gün də, gələcəkdə də çox güclü ordusu olmalıdır. Olmalıdır ki, torpaqlarımız bundan sonra işğal edilməsin. Olmalıdır ki, torpaqlarımızın hər bir qarışı qoruna bilsin. Olmalıdır ki, dünya tarixində böyük yer tutmuş sərkərdələr kimi müstəqil Azərbaycanın özünün də hərbi sərkərdələri olsun”.
Bu fikirlər tarixboyu müxtəlif maraqlar üzündən torpaqlarına göz dikilən, bəzi dövrlərdə ədalətsiz qərar və müharibələrin hədəfinə çevrilən, buna görə də torpaqlarının bir qismi yadelli hücumlar nəticəsində işğal olunan Azərbaycanın yetirdiyi ən böyük şəxsiyyətə – ümummilli lider Heydər Əliyevə məxsusdur. Bütün ömrünü Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna, xalqının xoşbəxtliyinə həsr etmiş ulu öndərin misilsiz xidmətləri sırasında ordu quruculuğu öncül, eyni zamanda xüsusi yer tutur. Müasir dövrdə Azərbaycanda istənilən sahəni təhlil etsək, həmin sahənin inkişafının təməlində məhz dahi şəxsiyyətin rolunu görmə­mək mümkün deyil. Ordu quruculuğu sahəsində də qazandıqlarımıza görə yalnız Ona borcluyuq.

Ardını oxu...

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR