10 İyul 2020, Cümə

Yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Təhsil Nazir­liyinin təşkilatçılığı ilə muxtar respublikanın 200-dən çox ümumtəhsil, orta ixtisas və peşə məktəbləri ilə Naxçıvan şəhərindəki Xatirə Muzeyi arasında interaktiv dərs aparılıb.

Ardını oxu...

Əziz oxucum! 20 il bundan əvvəl qələmə alınmış bu yazını təsirsiz oxumaq qeyri-mümkündür. O illərdə bir müəllimin ürəkağrısı ilə yazdığı bu sətirləri oxuduqca Naxçıvan müəllimlərinin dünənini və bu gününü müqayisə edirsən. Və o illərdə müəllimlərin yaşadığı çətinlikləri göz önünə gətirəndə, sözün əsl mənasında, dəhşətə gəlirsən. Bütün dövrlərdə bu peşə daim uca tutulmuş, müəllimlərə hətta dünyanın ən böyük dahiləri ehtiram göstərmişlər. Sadə olduğu qədər də çətin və şərəfli peşə sahibləri təkcə bilik, savad öyrətmirlər, ən başlıcası, cəmiyyətə kamil insan, saf məfkurəli vətəndaş yetişdirirlər. O illərdə müəllimlərimizin yaşadığı çətinliklər az olmayıb. Dövrün gətirdiyi çətinliklər bu peşə sahiblərini də usandırmışdı. Ona görədir ki, həmin illərdə müəllimlərin nüfuzunun aşağı enməsi və başqa məsələlər qəzet səhifələrində özünə yer alırdı. 

Ardını oxu...

Söz yox ki, hamı deyəcək ki, müəllim günümüzün aparıcı qüvvəsi, gənc nəslin tərbiyəsi keşiyində dayanan mənsub bir şəxs, sabahımız üçün daha çox əmək sərf etməli olan ziyalı qüvvəsi. Bu həmişə belə olubdur. Lakin qəribə də olsa, bu günün müəllimləri dövlət və cəmiyyət qarşısında yerinə yetirməli olan vəzifələrdən başqa, əlavə işlərlə də məşğul olurlar. Məsələn, indi hamının müəllim deyə çağırdığı, hörmət, izzət göstərdiyi şəxslərin bir çoxu piştaxta arxasında dayanaraq özləri demişkən “çak-çux” edirlər. Bu əməllərinə çox vaxt haqq qazandıraraq dolanmaq üçün bu cür işlərlə məşğul olduqlarını söyləyirlər. Düzdür, iqtisadi vəziyyət bu gün müəllimlərin də həyat tərzinə, dolanışığına ciddi təsir göstərmişdir.

Ardını oxu...

Şərur Rayon Təhsil Şöbəsində IX-X-XI siniflər üzrə sınaq-test imtahanlarının müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev bildirib ki, inkişaf etmiş ölkələrdə təhsilə strateji sahə səviyyəsində baxılır. Ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında son illərdə bu sahədə qazanılan uğurların getdikcə artması da təhsilə həmin prizmadan yanaşılmasıdır.
Nazir qeyd edib ki, təhsilin səviyyəsinin yüksəldilməsi xeyli dərəcədə keyfiyyət amilindən asılıdır və muxtar respublikada bu məsələ diqqət mərkəzində saxlanılır, təhsil müəssisələrində müasir iş şəraitinin yaradılması, onların maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, digər məqsədyönlü tədbirlərə də böyük önəm verilir. Məktəb və rayondaxili, muxtar respublika səviyyəli, müxtəlif formalı bilik yarışlarının, imtahanların keçirilməsi də bu məqsədə xidmət edir. Belə tədbirlər sırasında sınaq-test imtahanları da var və son illərdə belə imtahanların keçirilməsi ənənə şəklini alıb.

Ardını oxu...

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biri kimi son dərəcə əhəmiyyətlidir. Qloballaşan dünyada bu texnologiyaların sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradıb. Xüsusilə son dövrlərdə dövlətimiz tərəfindən bu sahədə bir sıra kompleks tədbirlər həyata keçirilib və keçirilməkdədir. Bunu muxtar respublikamızın timsalında da görmək olar. Belə ki, regionumuzda informasiyalaşdırma sahəsində görülən işlərin bəhrələri göz qabağındadır. Bu istiqamətdə qarşımızda duran əsas vəzifələrdən biri yeni informasiya texnologiyalarının təhsilə vaxtında və səmərəli tətbiq edilməsidir.
Fikrimizcə, kompüter biliklərinin əsası məhz orta məktəbdə qoyulmalıdır. Bu vaxta qədər uşaqların kompüterdən istifadəsi düzgün deyil. Çünki məktəbəqədəryaşlı uşaqların kompüterdən istifadəsi onların sağlamlığı üçün çox təhlükəli ola bilər. Yalnız məktəbdə şagirdlərə bu sahə haqqında məlumat verilməli, onların sərbəst şəkildə kompüterlərdə işləmələrinə şərait yaradılmalıdır.

Ardını oxu...

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR