22 Oktyabr 2019, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar və Təhsil Nazirliklərinin birgə təşkilatçılığı Naxçıvan şəhər Peşə Liseyində “Qazanxana maşinistləri qazanxanada baş verəcək hadisələrə hazır olmalıdır” mövzusunda əməli məşğələ keçirilib. Məşğələnin keçirilməsində əsas məqsəd qazanxanalarda baş verə biləcək yanğın və dəm qazından zəhərlənmə və partlayış hallarını şərti olaraq canlandırmaq, bu cür xoşagəlməz hallarda düzgün davranış qaydalarını müdavimlərə aşılamaqdır.

Keçirilən əməli məşğələdə 44 qazanxana maşinisti olmaqla ümumilikdə, 54 müdavim iştirak edib. Beləliklə sertifikatını almağa hazırlaşan qazanxana maşinistləri öz biliklərini təkmilləşdiriblər. Bu isə o deməkdir, bu müdavimlər qış mövsümündə 44 müəssisənin qazanxanasında təhlükəsizliyini təmin edəcəklər.

Tədbirin sonunda fəal iştirak edən müdavimlərə diplomlar təqdim olunub.

Xəbərlər şöbəsi

ABŞ və Rusiya alimlərindən ibarət “Venera-D” layihəsi üzərində işləyən işçi qrupun üzvləri Veneranın səthinə aparat endirmək üçün 5 uyğun yeri müəyyən ediblər.  TASS agentliyi xəbər verir ki, bundan sonra planetin Şimal yarımkürəsində kosmik zondun enməsi məqsədilə onların arasından bir yer seçiləcək.

Qeyd olunub ki, enmə nöqtələrinin hamısı Veneranın Şimal yarımkürəsindəki yüksək enliklərində yerləşir. Alimlərin sözlərinə görə, planet fırlansa da, onun orbiti sabitdir. Həmin orbiti öyrənmək üçün ayrıca peyk olmadığından, yüksək enliklər seçilib. Ümumilikdə, “Venera-D” missiyasının əsas vəzifələrindən biri planetdə yerləşəcək uzunömürlü stansiyaları müşahidə etməkdir. Məsələn, NASA-nın müvafiq stansiyası Venerada 60 gündən 120 günədək fəaliyyət göstərəcək.

Ardını oxu...

Doğma Azərbaycanımızın ən qədim mədəniyyət mərkəzlərindən biri də Naxçıvandır. Naxçıvan torpağı böyük şəxsiyyətlər yetişdirib. Belə görkəmli şəxsiyyətlərdən biri Azərbaycan Milli Məclisinin deputatı, parlamentin elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Bu görkəmli ictimai xadim əlli illik fəaliyyətinin, elmi yaradıcılığının 40 ildən artığını Naxçıvan diyarına həsr edib, diyarın elm və təhsilinin, ədəbiyyat və mədəniyyətinin inkişafına xidmət edib.

Akademik İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikasının Şərur  torpağında 1949-cu ildə dünyaya gəlib.  Atası Əkbər müəllimin nəcib, halal və zəhmətkeş keyfiyyətləri onun övladlarına da genetik olaraq keçib. İsa müəllim o zaman “APİ” adlanan indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Naxçıvan filialını 1971-ci ildə fərqlənmə diplomu ilə başa vurub. Hələ tələbə ikən böyük istedad sahibi olması  müəllimlərinin diqqətini cəlb edib. Hərbi xidməti başa vurduqdan sonra 1975-ci ildə İsa Həbibbəyli tələbəsi olduğu universitetdə ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayıb. O, 40 ilə yaxın üzvü olduğu bu kollektivin 17 il də rektoru olub.

Böyük təşkilatçılıq qabiliyyəti, elmi nailiyyətləri ilə diqqəti cəlb edən bu işıqlı insan 2013-cü ildən AMEA-nın vitse-prezidenti seçilib. Eyni zamanda bu gün akademiyanın Ədəbiyyat İnstitutunun direktoru olan akademik İsa Həbibbəyli bu institutun yenidən qurulmasına, onun ədəbiyyatşünaslıq elminin bayraqdarına çevrilməsinə nail olubdur. Azərbaycançılıq ideologiyasını  məslək işinə çevirən institut kollektivi ədəbi fikri türk dünyası kontekstində tədqiq edir, beynəlxalq əlaqələri yorulmadan genişləndirir. Cəsarətlə deyə bilərik ki, bu gün Azərbaycan ədəbiyyatşünaslığında akademikin elmi məktəbi tam şəkildə formalaşıb, böyük uğur qazanıbdır.

Akademik İsa Həbibbəylinin həyat və fəaliyyətinin Naxçıvan dövrü onun bioqrafiyasında xüsusi yer tutur. Belə ki, onun “Cəlil Məmmədquluzadə və müasirləri” (1997) ,”Akademik Səməd Vurğun Vəkilov” (2015), ”Romantik  lirikanın imkanları” (1990), “XX əsr Azərbaycan yazıçıları” (1993),  “Ədəbi-tarixi yaddaş və müasirlik” (2007), “Ədəbi şəxsiyyət və zaman” (2017), “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” (2019), “Azərbaycançılıq konsepsiyası”, “Azərbaycan ədəbiyyatı tarixi” 10 cildliyinin birinci cildinə (2019) yazdığı 225 səhifəlik giriş kimi əsərləri bu baxımdan diqqəti cəlb edir.

Bütün bunlarla yanaşı bütün varlığı ilə bağlı olduğu doğma torpaq-Naxçıvanın insanı, onun bu günü və keçmişi, ədəbi-mədəni mühiti mütəfəkkir alimin yaradıcılığında qırmızı xətt kimi keçir. Akademik İsa Həbibbəyli doğulduğu diyara bütün səmimiyyəti ilə bağlı olan, onun inkişafına, uğurlarına sevinən, bu yolda bütün enerjisini əsirgəməyən və böyük Azərbaycan sevgisi ilə yaşayan  vətəndaş alimdir. İsa müəllim 40 ildən artıq bir müddətdə bu qədim diyarın ədəbi mühitini hərtərəfli şəkildə araşdırıb, bölgənin ədəbi-elmi və mədəni inkişafını mühüm ədəbi qaynaqlar və arxiv materialları əsasında tədqiq edib. Elə akademikin 2015-ci ildə “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş,  qədim mədəniyyət mərkəzi Naxçıvana həsr edilmiş 850 səhifəlik “Nuhçıxandan-Naxçıvana” monoqrafiyası dediklərimizi tam şəkildə təsdiq edə bilər. Bu kitabda alimin qədim diyar, onun ədəbi-elmi və mədəni mühiti haqqında yazıb nəşr etdirdiyi qiymətli əsərlərin ancaq bir qismi öz əksini tapıbdır. İsa Həbibbəylinin bu kitabda Naxçıvan ədəbi mühiti haqqında verdiyi geniş bir bölmə sanballı bir monoqrafiya təsiri bağışlayır. Alim bu tədqiqatında Naxçıvan ədəbi mühitinin yaranma tarixini, inkişaf mərhələlərini ilk dəfə ümumiləşdirməyə təşəbbüs göstərib və məqsədinə nail olubdur. O, bölgənin ədəbi mühitini obrazlı şəkildə  “Azərbaycan ədəbiyyatının Naxçıvan məktəbi” adlandırır. Müəllif Naxçıvan ədəbi mühitini iki istiqamətdə: klassik dövrün Naxçıvan ədəbi mühiti və müasir dövrün Naxçıvan ədəbi mühiti bölgüsü əsasında araşdırır.

Məlumdur ki, Naxçıvanda hələ XI-XII əsrlərdə ədəbiyyatın yaranması, Naxçıvanşahlar, Atabəylər sarayında  Qətran Təbrizi və digər şairlərin fəaliyyəti  tarixi mənbələrdə öz əksini tapıbdır. Sonrakı əsrlərdə Hinduşah Naxçıvani, Fəzlullah Nəimi, Nemətullah Naxçıvani, Bayrək Quşçuoğlu, Mirzə Sadiq Ordubadi, Hatəm bəy Ordubadi və başqa ədəbi şəxsiyyətlər yazıb-yaradıbdır ki, müəllif  Naxçıvanın ədəbi-mədəni və tarixi məsələlərinə həsr olunmuş bu kitabın  iri həcmli bir bölməsində onlar haqqında ətraflı məlumat verir.

XIX əsr Naxçıvan ədəbi mühitini təhlil edən müəllif Heyran xanım, onun davamçısı olan  Qönçəbəyim yaradıcılığı haqqında, eyni zamanda Ordubadda yaranmış “Əncüməni-şüəra” və onun üzvlərindən Qüdsi Vənəndi, Məmmədqulu Salik Ordubadi, Mirzə Hüseyn Bikəs, Zeynəlabdin Nəqqaş, Məşədi Həsən Dəbbağ, Fəqir Ordubadidən geniş şəkildə bəhs edib.  Onu da qeyd edək ki, həmin məclisin Hacı ağa Fəqir Ordubadidən sonra başçısı olmuş görkəmli pedaqoq, maarifçi və ədib Məhəmməd Tağı Sidqinin yaradıcılığı müəllifin diqqətini daha çox cəlb edib. O, milli məktəbin banilərindən olan bu böyük pedaqoqun elmi-pedaqoji irsi haqqında geniş tədqiqat aparıb, “”Maarifçilik hərəkatının və maarifçi ədəbiyyatın görkəmli nümayəndəsi” adlı geniş həcmli bir məqalə yazıb (Nuhçıxan-Naxçıvana,s.266-284). Bununla yanaşı İsa Həbibbəyli görkəmli maarif fədaisinin ədəbi irsi tam şəkildə xalqa çatdırılmadığına görə  arxivlərdə çalışmış, bu böyük pedaqoqun əvvəl bəzi əsərlərini toplayıb “Məktəb hekayətləri” (1996) adı ilə, daha sonra isə bütün əsərlərini (2004) ilk dəfə nəşr edib geniş ictimaiyyətin istifadəsinə verib. Məlumdur ki, M. T. Sidqi  maarif dünyası ilə, hətta o dövr üçün böyük mədəni hadisə olan Qori müəllimlər seminariyası ilə də sıx əlaqələrə malik olub.  Diqqəti cəlb edən cəhət ondan ibarətdir ki, İsa Həbibbəyli arxiv araşdırmaları nəticəsində o dövrdə bu seminariyanın iki müəlliminin: Azərbaycan maarifçi-realist ədəbiyyatının tanınmış nümayəndəsi Rəşid bəy Əfəndiyevin (1863-1942) görkəmli pedaqoq Məhəmməd Tağı Sidqiyə iki məktubunu  və ilk ədəbiyyat tariximizin müəllifi Firudin bəy Köçərlinin (1863-1920) 1913-1914-cü illərdə Məhəmməd Tağı Sidqinin oğlu Məmmədəli Sidqiyə (1888-1936) yazdığı iki məktubunu aşkara çıxararaq mətbuatda  nəşr etdirib. Həmin məktublar Naxçıvan maarifçi ədəbi mühitinin tarixini araşdırmaq baxımından çox əhəmiyyətlidir (Nuhçıxandan Naxçıvana.2015,s.346-349).

Böyük satira ustası Cəlil Məmmədquluzadə XX əsrin əvvəllərində yetişmiş Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən biridir. İsa Həbibbəyli istər “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” adlı fəlsəfə doktoru dissertasiyasında, istərsə “C. Məmmədquluzadə: mühiti və müasirləri” adlı doktorluq dissertasiyasında bu görkəmli satira ustası, “Molla Nəsrəddin”in yaradıcısı, demokrat yazıçının ədəbi portreti mühüm yer tutur. Təsadüfi deyildir ki, İsa Həbibbəylinin yaradıcılığının böyük bir hissəsi bu böyük maarifçi tənqidi realizm nümayəndəsinin irsinin tədqiqinə və nəşrinə həsr olunubdur. Bu mövzuda hörmətli akademikin “Cəlil Məmmədquluzadə”(1987),”Zamanın dühası” (1993), “Seçkin Azərbaycan yazarı Cəlil Məmmədquluzadə” (1994), “C.Məmmədquluzadə:mühiti və müasirləri”(1997) adlı bir-birindən qiymətli monoqrafiyaları ümumilikdə Azərbaycan ədəbiyyatşünaslıq elminin mühüm nailiyyətlərindən sayıla biləcək sanballı elmi əsərlərdir. Mirzə Cəlil dövrünü  Azərbaycan maarifçiliyinin xüsusi inkişaf mərhələsi kimi səciyyələndirən İsa Həbibbəyli dövrün məktəblərinin ədəbiyyatın inkişafındakı rolunu araşdıraraq belə bir düzgün nəticə çıxarır: ”Məktəb milli maarifçiliyin canını, cövhərini, müəllimlik isə əsas qüvvəsini təşkil edirdi. Teatr, mətbuat və ədəbiyyat isə məktəbdən, pedaqoji işdən doğan, onu tamamlayan maarifçi fəaliyyət sahələri  idi” (İ.Həbibbəyli.Nuhçıxandan Naxçıvana, B. Elm və təhsil, 2015, s.242).

İsa Həbibbəyli araşdırmalarında bu kontekstdə Cəlil Məmmədquluzadənin fəal müasirləri olan, Naxçıvan maarifçi ədəbi-mədəni mühitin öndə gedən nümayəndələrindən Eynəli bəy Sultanov (1866-1935), Məhəmməd Tağı Sidqi (1854-1903), Məhəmməd ağa Şahtaxtlı (1846-1931), Əliməmməd Xəlilov (1862-1896), Mirzə Əbülqasım Sultanov (1866-1916), Mirzə Ələkbər Süleymanov (1862-1921), Paşa ağa Sultanov (1949-1902), Mirzə Cəlil Şürbi (1874-1915), Sadıq Xəlilov (1864-1905), Tağı bəy Səfiyev (1878-1939), Məmmədqulu bəy Kəngərli (1854-1905) və başqaları haqqında  yeni tədqiqatlarını elmi ictimaiyyətə təqdim edib.

Onu da qeyd edək ki, İsa Həbibbəyli çoxillik axtarışlar nəticəsində  böyük satira ustasının dördpərdəli “Ər” pyesini, kiçikhəcmli “Lənət” və “Oyunbazlar” kimi səhnə əsərlərini üzə çıxarıb,16 satirik şeirini, 35 məqaləsini, 170 felyetonunu ilk dəfə görkəmli yazıçının 2004-cü ildə nəşr edilmiş 4 cildlik külliyyatına daxil edərək oxucuların istifadəsinə təqdim edib. Çoxcildlikdə bunlardan əlavə, böyük demokrat yazıçının özünün və ailə üzvlərinin 50, eyni zamanda başqa tanınmış şəxsiyyətlərin  elmi ictimaiyyətimizə bəlli olmayan 44 məktubu ilk dəfə nəşr edib.

Ardını oxu...

Oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günü ilə bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə tədbiri keçirilib. Tədbirdə çıxış edən təhsil naziri  Rəhman Məmmədov əvvlcə  tədbir iştirakçılarını Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müəllimlərə fəxri adların verilməsi ilə bağlı imzaladığı sərəncamlarla tanış edib. Nazir  təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə muxtar respublika müəllimlərindən 4-nün Azərbaycan Respublikasının, 4-nün isə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adılarına layiq  görüldüyünü, 4 müəllimin “Tərəqqi” medalı ilə təltif edildiyini diqqətə çatdırıb,  müəllimlərin əməyinə verilən qiymətə görə minnətdarlığını bildirib, təltif olunan müəllimləri təbrik edib.

Təhsil naziri Rəhman Məmmədov təhsilin inkişafına göstərilən dövlət qayğısından danışaraq vurğulayıb ki, muxtar respublika təhsili tarixin heç bir dövründə bu dərəcədə dövlət qayğısı ilə əhatə olunmamış və inkişaf etməmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilib, 200-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub, ümumtəhsil məktəbləri kompüter və elektron lövhələrlə təmin edilib, laboratoriyalar və fənn kabinələri şagird və müəllimlərin istifadəsinə verilib. Bütün bunlar isə muxtar respublika müəllimlərinin səmərəli fəaliyyətinə geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükünün 1.5, vəzifə maaşının 2 dəfə, cari il sentyabrın 1-dən isə bu kateqoriyadan olan müəllimlərin aylıq vəzifə maaşlarının əlavə olaraq orta hesabla 20 faiz artırılması muxtar respublikada müəllim nüfuzunun artırılmasına, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə mühüm təsir göstərib.

Ardını oxu...

Yeni fikir söyləmək və yeni ümidlərlə yeni uğurlar qazanmağa çalışmaq, xəyalları gerçək etmək ancaq oxumaqla mümkündür. Müqəddəs “Quran”ın ilk ayəsi “Oxu” əmri ilə başlayır. Bu onu göstərir ki, oxumaq dinimizdə xüsusi önəm kəsb edir. Oxumaq cəhalətin “cəlladı”dır. Oxumaq qaranlığı aydınlatmaq, həqiqəti yanlışdan ayırmaqdır. Oxumaq həmişə cəmiyyət içərisində bir mövqe sahibi olmaq deməkdir. Oxumaq öyrənmək, öyrəndiyini öyrədə bilmək, müəllim olma fürsətini əldə etməkdir. Yeni nəsli də məhz müəllimlər formalaşdırır. Müəllimlik ən müqəddəs peşələr sırasında yer alır. 

İnsan həyatı bir neçə mərhələdən keçir: o doğulur, dil açıb danışmağı, fikrini ifadə etməyi öyrənir və bir müddət sonra təhsil almağa başlayır. Təhsil aldığımız ilk müqəddəs məkan isə məktəbdir. Burada çalışan hər bir müəllim gözümüzün önündə möcüzələr yaradan bir varlıqdır. O, hər birimizin həyatında böyük yer tutur. Müəllim öyrədir, tərbiyə edir. Müəllim ucalıqdır, bilikdir. Müəllim bizə yeni, naməlum bir dünyaya qapı açmağımıza kömək edən şəxs, taleyimizdə əvəzolunmaz bir insandır.

Ardını oxu...

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR