14 İyul 2020, Çərşənbə axşamı

Ümummilli liderimiz Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli Fərmanına əsasən, Naxçıvan Politexnik Texnikumunun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 26 avqust tarixli sərəncamı ilə bu ali təhsil müəssisəsi müstəqil instituta çevrilərək Naxçıvan Müəllimlər İnstitutu kimi fəaliyyətə başlamışdır.
Ötən 11 ildə Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyəti genişləndirilmiş, ali təhsilli kadrların hazırlanması sahəsində bir sıra nailiyyətlər əldə edilmişdir. Bu dövrdə institut ixtisaslı müəllim kadrları ilə təmin edilmiş, ali təhsil ocağının binası yenidən qurulmuş, lazımi tədris şəraiti yaradılmış, maddi-texniki bazası gücləndirilmiş, yeni ixtisaslar açılmışdır. 2003-cü ilə qədər Naxçıvan Müəllimlər İnstitutunda “ibtidai təhsil pedaqogikası və metodikası” və “məktəbəqədər tərbiyənin pedaqogikası və metodikası” ixtisaslarında təhsil verilirdisə, bu gün “ibtidai sinif müəllimliyi”, “riyaziyyat və informatika müəllimliyi”, “təsviri incəsənət müəllimliyi”, “məktəbəqədər təlim və tərbiyə”, “təhsildə sosial-psixoloji xidmət” ixtisasları üzrə bakalavr, “ibtidai sinif müəllimliyi”, “təhsildə sosial-psixoloji xidmət”, “ibtidai təhsilin pedaqogikası və metodikası” və “pedaqogika nəzəriyyəsi və tarixi” ixtisasları üzrə isə magistr kadrları hazırlanır.

Ardını oxu...

Ulu öndər Heydər Əliyevin adını daşıyan məktəbdə təhsil almaq hər bir Azərbaycan gənci üçün qürurvericidir. Heydər Əliyev adına tam orta məktəb yaradıldığı ilk gündən keçən 10 il ərzində ulu öndərin adına layiq fəaliyyəti ilə təkcə Naxçıvan Muxtar Respublikasının deyil, ölkəmizin təhsil sistemində öz qabaqcıl yerini tutmaqdadır. Builki qəbul imtahanlarında məktəbi bitirən məzunlardan 43-ü ali məktəblərin, 3-ü isə orta ixtisas məktəblərinin tələbəsi adına layiq görülmüşdür. Onlardan 14 nəfər 500-700 intervalında bal toplamışdır. Həmin gənclərin bir neçəsini oxucularımızla tanış edirik:
Gültac ZEYNALZADƏ: – Bu gün muxtar respublikamızda geniş quruculuq işləri həyata keçirilir. Bu quruculuq işlərinin önündə isə təhsil quruculuğu dayanır. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, ən müasir informasiya texnologiyaları ilə təmin edilməsi şagirdlərin daha yaxşı oxumaları üçün stimuldur. Bizim məktəbdə şagirdlərin hərtərəfli biliyə yiyələnməsi üçün hər cür şərait yaradılıb. Təbii ki, yaradılan bu şərait uğur qazanmağımın başlıca səbəblərindən biridir. Təhsil aldığım müddətdə bir çox uğurlar qazanmışam. 2013-2014-cü tədris ilində “fizika” fənni üzrə fənn olimpiadasında üçüncü yerə layiq görülmüşəm. Onu da xüsusilə vurğulamaq istəyirəm ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan bir məktəbin məzunu olmaqdan qürur duyuram.

Ardını oxu...

Bu gün Naxçıvan Muxtar Respublikasında müasir standartlara cavab verən, informasiya texnologiyaları ilə təmin olunan məktəblər şagirdlərin rahat və keyfiyyətli təhsil almalarına geniş imkanlar açır. Bu imkanlardan səmərəli istifadə edən gənclər isə ali məktəblərə qəbul imtahanlarında göstərilən etimadı doğruldurlar. Bunu son illərdə yüksək bal toplayanların sayının artmasında da görmək mümkündür.
III ixtisas qrupu üzrə yüksək bal toplayan Samirə Əliyeva onlardan biridir. O, 682 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “politologiya” ixtisasına qəbul olunub.
Samirə bizimlə söhbətində bildirdi ki, muxtar respublikamızda təhsil quruculuğu sahəsində aparılan islahatlar gənc­lərin savadlı, dünyagörüşlü və fiziki cəhətdən sağlam böyümələrinə imkan verir.

Ardını oxu...

Ali məktəb müəllimləri gənc nəslin təlim-tərbiyə olunması kimi məsuliyyətli və şərəfli bir peşəni yerinə yetirən pedaqoqlardır. Pedaqoji fəaliyyətdə əsas simalardan olan müəllim əgər ünsiyyətin yaradılması mexanizminə yiyələnməyi bacarıbsa, onda o, ali məktəblərdə təhsil alan tələbələrdə təlim-tərbiyə prosesinin səmərəliliyini artırmağa nail ola biləcəkdir. Ona görə ki, pedaqoji fəaliyyət tələbatdan yaranır, tələbatların ödənilməsi ilə təşəkkül tapır. Məhz bu zaman pedaqoji fəaliyyət prosesində müəllim şəxsiyyəti formalaşır. Burada pedaqoji fəaliyyət dedikdə ali məktəblərdə tələbələrin təlim-tərbiyəsi prosesinə yönələn fəaliyyət başa düşülür. 

Ardını oxu...

Hər il olduğu kimi, builki qəbul imtahanlarında da yüksək nəticə göstərən gənclərimiz çoxluq təşkil edir. Onlardan ikisini sizinlə tanış etmək istərdim: Bənövşə Qasımova 667 balla Naxçıvan Dövlət Universitetinə qəbul olunub; digəri – Nurlanə İbrahimli isə 657 bal toplayaraq Azərbaycan Tibb Universitetinin “müalicə işi” ixtisasının tələbəsi adını qazanıb.
Bənövşə QASIMOVA: – 1996-cı ildə Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuşam. Bu il Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbi “Qızıl” medalla bitirmişəm. Qardaşımla uşaqlıqdan ən böyük arzumuz həkim olmaq olub. Arzumuza çatmaq üçün var gücümüzlə çalışdıq. Nəticədə, ikimiz də Naxçıvan Dövlət Universitetinin “müalicə işi” ixtisasına qəbul olunduq. Ailəmizin sevincinin həddi-hüdudu yoxdur. Onu da deməyi özümə borc bilirəm ki, məzunu olduğum tam orta məktəbdə yaradılan şərait uğur qazanmağımın başlıca səbəblərindən biridir. Ümumilikdə isə muxtar respublikamızda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərimizin müasir informasiya texnologiyaları, dərslik və bədii ədəbiyyatlarla təmin edilməsi şagirdləri daha yaxşı oxumağa həvəsləndirir. İndi bir arzum da var: tələbəsi olduğum ali məktəbdə mükəmməl təhsil alıb, yaxşı həkim kimi ən şirin nemət olan cansağlığının keşikçisi olmaq, insanların xidmətində durmaq.

Ardını oxu...

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR