22 Oktyabr 2019, Çərşənbə axşamı

Hər il oktyabrın 5-i “Beynəlxalq Müəllimlər Günü” kimi qeyd olunur.
Bir xalqın, millətin formalaşmasının əsas mənbəyi elm və təhsildirsə, elmin inkişaf etdirilməsinin, müxtəlif istiqamətlərdə və peşələrdə xalqa layiqli vətəndaşlar yetişdirilməsində əldə olunan nailiyyətlərin mənbəyi isə məhz müəllimdir. Müəllimin verdiyi bilik sayəsində cəmiyyətdə təhsil, təhsildən isə inkişaf doğulub.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində Ordubad rayonu ərazisində yerləşən Plovdağ yaşayış yerində aparılan arxeoloji ekspedisiyanın yekununa həsr olunan tədbir keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, hər il olduğu kimi, bu il də Naxçıvan ərazisində yerli və beynəlxalq ekspedisiyalar tərəfindən arxeoloji qazıntılar aparılıb və çox sayda yeni maddi mədəniyyət nümunələri aşkarlanıb. Ordubad ərazisində fəaliyyət göstərən Xaraba Gilan arxeoloji ekspedisiyasının tədqiqatlarından bəhs edən alim ərazidə qazıntı işlərinin AMEA-nın Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli tərəfindən həyata keçirildiyini söyləyib.

Ardını oxu...

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

2019-cu ildə Beynəlxalq Müəllimlər Günü “Gənc müəllimlər peşənin gələcəyidir” mövzusuna həsr olunub.

Ardını oxu...

Gənc nəsillərin ilhamçısı, yolgöstərəni, öyrədəni, könüllərdə, qəlblərdə silinməz yeri olan, öz həyatını xalqın, millətin gələcəyinə həsr edən, insanı həyata hazırlayan, onun dünya­görüşünü, mənəvi dünyasını və ictimai-siyasi baxışlarını formalaşdıran, beyinlərə, qəlblərə min bir zəhmətlə biliklərindən mənəvi qida verən, vaxt yetişəndə isə şagirdinin bilikli, qabiliyyətli olduğunu görüb fərəhlənən, qol-qanad açıb sevinən, Günəş kimi lütfkar, hava kimi aydın, su kimi duru, müqəddəs varlıqdır müəllim… Bu ada min dastan desən, nə söz tükənər, nə qəlb susar. Onun zəhmətini, alın tərini heç zaman unutmaq olmaz.

Uzun illər Culfa rayonunun Saltaq kəndində pedaqoji fəaliyyətlə məşğul olmuş Arif Nuriyev də yaxşı pedaqoq, şagirdlərinin uğurları ilə fərəhlənən zəhmətkeş insan, fədakar müəllim kimi çalışıb. Ömrünün 43 ilini pedaqoji fəaliyyətə həsr etmiş Arif müəllimlə tanışlığımızın ilk dəqiqələrindən məndə bu gülərüz, mülayim təbiətli, səmimi insanı yaxından tanımaq, saçını müqəddəs bir işdə ağartmış, neçə-neçə Vətən övladına Azərbaycan dili və ədəbiyyatının sirlərini öyrətmiş nəcib insanla həmsöhbət olmaq həvəsi yarandı. Arif müəllimdə müəllimlik peşəsinə həvəs elə məktəb illərindən başlayıb. Deyir ki, peşə və sənətlərin hamısı gözəldir. Amma qəlbən bağlı olduğun, uşaqlıqdan arzuladığın, könül verib sevdiyin sənətin sahibi olmaq ikiqat gözəldir. Müəllimlik sənətini müqəddəs hesab edən Arif müəllim ona qayğı göstərmiş müəllimlərini bu gün də unutmur, onların xatirəsini həmişə əziz tutur.

Ardını oxu...

Xalqımızın çoxəsrlik tarixi boyunca gənc nəslin tərbiyəsi ilə bağlı zəngin pedaqoji fikirlər toplanmışdır. Bu mənəvi və elmi-əxlaqi sərvətləri öyrənmək, onları təfəkkür süzgəcindən keçirib gənc nəslin düzgün yetişdirilməsində istifadə etmək olduqca əhəmiyyətlidir. Buna görədir ki, ədəbi irsimizin qabaqcıl ideya, fikir və baxışlarının, görkəmli şəxsiyyətlərin maarifçiliklə bağlı fikirlərinin öyrənilməsi və təbliği istiqamətində muxtar respublikamızda sistemli işlər aparılır. Elmi araşdırmaların genişlənməsinə göstərilən dövlət qayğısının nəticəsi olaraq tanınmış şəxsiyyətlərin pedaqoji fikirlərinə həsr olunmuş qiymətli əsərlər hazırlanaraq nəşr olunur. Azərbaycan xalqının mənəviyyat pasportuna çevrilən Məmməd Səid Ordubadi də belə şəxsiyyətlərdən, maarifpərvərlərdən biridir.

Gənc tədqiqatçı, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Ruhəngiz Əliyevanın yeni çapdan çıxmış “Məmməd Səid Ordubadinin maarifçi görüşləri” adlı monoqrafiyası görkəmli ziyalının maarifçilik hərəkatındakı rolunu, onun zəngin pedaqoji ideyalarını əhatəli, məzmunlu və səlis fikirlərlə ifadə edən ilk irihəcmli əsər kimi diqqəti cəlb edir. Akademik İsa Həbibbəylinin redaktorluğu, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayevin rəyi ilə nəşr olunmuş bu kitab pedaqojiyönlü ali məktəblərin bakalavr və magistrləri, doktorant və müəllimləri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Ardını oxu...

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR